İranla sərhəddə külli miqdarda narkotik tutulub










Son müddət ərzində Azərbaycan-İran dövlət sərhədində külli miq­darda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınmış, təq­sir­kar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması tə­min edilib.

DogruXəbər.az -a Dövlət Sərhəd Xidmətindan verilən məlumata görə, bu nəticələr dövlət sərhədinin fiziki və texniki yolla mühafizəsinin tək­mil­­ləşdirilməsi, bilavasitə dövlət sərhəd xəttində müasir müşahidə və aş­karetmə avadanlıqlarının tətbiqi, əməliyyat-axtarış fəa­liy­­­yə­tinin genişlən­diril­­­məsi, İran İs­lam Respublikasının sərhəd qoşunları ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi sayəsində əldə olunub.

Dövlət sərhə­di­nin etibarlı müha­fizəsi istiqa­mətində həyata keçirilmiş əməliyyat-axta­rış və qoşun tədbirləri nəticəsində bu ilin yanvar ayının 1-dən etibarən 5 halda ümumi çəkisi 50 kq 230 qram və 8500 ədəd həb şəklində narkotik vasitənin və psixotrop maddələrin qaçaqmal yolu ilə ölkə əra­zisinə gətiril­məsinin qarşısı alınıb, 4 nəfər Azər­bay­can və 2 nəfər İran vətən­da­şı saxlanı­laraq cinayət məsuliy­yətinə cəlb olun­ub­lar.

Təkcə son 10 gün ərzində Azərbaycan-İran dövlət sərhədində 3 hal­da ölkə ərazisinə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb:

Yanvarın 26-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmiş­li rayonu, Bəhrəm­təpə qəsəbəsi yaxınlığındakı sərhəd zastavasının xid­­­məti sahəsində İrandan Azərbaycana doğru hərəkət edən 1 nəfər naməlum şəxs tərəfindən dövlət sərhə­dinin pozulmasının qarşısı alınıb, qaçaqmalçı əlindəkiləri ataraq geri qaçıb. Hə­min ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­ib, nəti­cədə 1 ədəd kisənin içərisində ümumi çəkisi 1 kiloqram 900 qram narkotik va­sitə aşkar olu­naraq götürül­üb.

Fevralın 1-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonu, Aranlı kən­di yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahə­sində İrandan Azərbaycana doğru hərəkət edən 2 nəfər namə­lum şəxs sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozu­cu­larına qarşı silah­dan havaya xəbərdarlıq məqsədilə atəş açılıb və sər­həd pozucuları əllərindəki çanta ilə qaçmaq istəyərkən saxlanılıblar. Sax­lanılan şəxslərin İran vətən­daşları, 40 yaşlı Rza Zend Xanhüseyn və 34 yaşlı Muradi Talıb Bay­ram olması müəyyən­ləş­dirilib. Sərhəd pozucu­la­rının üzərinə baxış za­manı ümu­mi çəkisi 9 kiloqram 485 qram narkotik vasitə və 823 ədəd həb, həmçinin 1 ədəd SUR-2608 markalı tapança, 1 ədəd daraq, 6 ədəd patron aşkar olunaraq götürülüb.

Fevralın 2-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cə­li­labad rayonu, Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana doğru hərəkət edən 2 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb, sərhəd pozucuları əllərindəki çantanı əraziyə ata­raq geri qaçıblar. Ərazidə axtarış təd­birləri keçi­rilib, 2 ədəd çantanın içərisində ümumi çəkisi 16 kiloqram 200 qram narkotik vasitə və 5377 ədəd həb aşkar olunaraq götürülüb.

Bu sərhəd pozma hallarının hər biri barədə sərhəd nümayəndəliyi xətti İran sərhədçiləri müvafiq qaydada məlumatlandırılmış, bu kimi hallara qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi razılaşdırılıb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir./ lent.az

Oxunub: 935

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər