Sürücülük vəsiqəsi almaq çətinləşəcək? - Daha bir dəyişiklik qapıdadır











DogruXəbər.az xəbər verir ki Sürücülük vəsiqəsi almaq çətinləşəcək?Xəbər verdiyimiz kimi, artıq sürücülük vəsiqəsi almaq istəyənlərin nəzəri imtahandan keçdikdən sonra meydançada bilik və bacarıqlarını imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulundakı yeniliklərdən danışarkən məlumat verib.

O, Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsində təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydança yaradıldığını bildirib:

"Meydançada quraşdırılan xüsusi detektor əyani imtahan verən şəxsin bilik və bacarığını avtomatik yoxlayacaq və qiymət verəcək. Yəni imtahanlar müasir texniki vasitələrin köməyilə qəbul olunur. Artıq təcrübi imtahanlar şöbənin əməkdaşları tərəfindən deyil, xüsusi texniki vasitələrin köməyi ilə qiymətləndiriləcək".

Bəs bu qərar sürücülük vəsiqəsi almaq istəyənlərin işini asanlaşdıracaq?

Bu barədə "Yeni Sabah"a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, nəzəri imtahan üçün də yeni qərarlar qəbul edilə bilər.

"Bu sürücülük vəsiqələrinin verilməsi ilə bağlı hazırki qaydalar illərdir ki, mövcuddur və bu istiqamətdə müəyyən təkmilləşdirmə işlərinə ehtiyac var idi. Bu ehtiyacdan irəli gələrək, hətta 2018-ci ili dekabrında Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı"nda da onlarla müddəa var. İmtahan prosesinin təkmilləşdirilməsi, sürücülərin hazırlaşdırılması, psixoloji hazırlıq və s. məsələlər orada öz əksini tapıb. Onlardan biri də elə bu imtahan prosesinin təkmilləşdirilməsidir. Hələlik bu təcrübə imtahanıdır, nəzəri imtahanlar köhnə qaydada qalır. Mən hesab edirəm ki, nəzəri imtahanlarla da bağlı müəyyən yeniliklər olacaq. Çünki buna ehtiyac var. Sürücülük üçün imtahan verən şəxslər şərh etdiyi sualları ən azından yazılı formada əldə etməlidirlər. Hətta təklif var ki, imtahanlara video suallar salınsın. İmtahan prosesi barəsində şablon fikirlərdən çıxmaq, yeniliyə can atmaq lazımdır. İnsanların başa düşəcəyi, qavraya biləcəyi sistemə keçmək lazımdır. İmtahanlara 3D və ya 4D formatı əlavə etmək olar ki, imtahan verən şəxslər özlərini həmin situasiyalarda hiss edə bilsinlər".

Ekspert bu yeniliyin vətəndaşların xeyrinə olduğunu hesab edir:

"Qanunsuzluqdan, müəllimlərdən yana şikayət edənlər var idi ki, qəsdən imtahandan kəsirlər və s. O hallar artıq aradan qalxacaq".

Son xəbərlər

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

Bütün xəbərlər