iqtisadiyyat
4.06.2020, 11:52
Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,38% azalaraq 1 barelə görə 39,24 dollar təşkil edib.
dogruxeber.tv bildirir ki, "APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,90% azalaraq 36,58 dollar təşkil edib.


