sosial / dunya
25.06.2020
Avropaya turistlərin qəbulu üçün şərtlər açıqlandı

Avropa Şengen zonası və Skandinaviya ölkələrinin xarici sərhədləri açıldıqdan sonra turistlərin qəbuluna dair şərtləri açıqlayıb.
dogruxeber.tv “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Xorvatiyanın Avropa İttifaqındakı hazırkı sədrliyi tərəfindən hazırlanan tövsiyələr layihəsində bildirilib.
Sənədə görə, ilkin mərhələdə ancaq yeni növ koronavirus ilə bağlı epidemioloji vəziyyətin Avropadakından daha yaxşı və ya eyni olduğu ölkələrdən turistlərin qəbuluna icazə veriləcək. Bununla yanaşı həmin ölkələrdə epidemioloji vəziyyət pik həddi keçməli və stabilləşməyə doğru getməlidir.


