hadise
29.06.2020
Bakıda cinayət törədən iki qardaş həbs edildi

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
dogruxeber.tv bildirir ki, rayonun Babək prospektində yerləşən avtoservisdən 5 min manat dəyərində ehtiyat hissələri oğurlanıb.
Nizami rayon Polis İdarəsindən 23-cü polis bölməsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Bərdə rayon sakinləri, əvvəllər məhkum olunmuşlar 1963-cü il təvəllüdlü Telman Rəhimov və onun qardaşı 1982-ci il təvəllüdlü Sənan Rəhimov tutulub.
Faktla bağlı araşdırma aparılır.
(Teleqraf.com)


