dunya
4.07.2020
Putindən ABŞ-a LGBT mesajı: "Olmayıb, olmayacaq da..."

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Moskvadakı səfirliyinə asılmış LGBT simvolu olan parçaya münasibət bildirib.
dogruxeber.tv bildirir ki, Vladimir Putin Konstitusiya Dəyişikliyi Komissiyası ilə keçirdiyi görüşdə məlum hadisəni qiymətləndirib.
Prezident bildirib ki, bu məsələdə mövqeyi bəllidir: "Rusiyada irq, cinsiyyət, millət və dinə görə hüquqların məhdudlaşdırılması haqqında heç bir qadağa yoxdur və olmayacaq da”.
Qeyd edək ki, Rusiyada sabahdan etibarən qüvvəyə minəcək konstitusiya dəyişikliklərinin 72-ci maddəsində yer alan "kişi və qadın ittifaqından ibarət nikah institutunun qorunması" ifadəsi ilə gey nikahlarına gedən yol bağlanır.
(Teleqraf.com)


