hadise / dunya
9.07.2020
Braziliyada koronavirusdan 1 gündə 1223 nəfər öldü

COVID-19 Braziliyada bir sutka ərzində 1 223 nəfərin həyatına son qoyub.
dogruxeber.tv “RİA Novosti” yə istinadən xəbər verir ki, ölkədə virusdan ölüm hallarının sayı 68 055-ə çatıb. Hökumətin yaydığı məlumata görə, son 24 saat ərzində koronavirusa yoluxanların sayı 44 571-ə çatıb.Ümumilikdə Braziliyada 1 716 196 yoluxma qeydə alınıb, 68 055 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.


