hadise
1.12.2020, 12:16
Bakıda 36 yaşlı kişi özünü bıçaqladı

Paytaxt sakini intihar məqsədilə özünə xəsarət yetirib.
dogruxeber.tv bildirir ki, hadisə Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.Həmin ünvanda yaşayan 1984-ci il təvəllüdlü Səmədov Elman Əliağa oğlu intihar etmək məqsədilə özünə qarın nayihəsindən bıçaqla bir neçə yerdən xəsarətlər yetirib.
O, ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılaraq reanimasiyaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
(apa.az)


