hadise / bolge
10.12.2020, 10:00
Cəlilabadda ikimərtəbəli evdə yanğın olub

Cəlilabad rayonunun Kazımabad kəndində ümumi sahəsi 252 kvadrat metr olan ikimərtəbəli evin tavanı 10 kvadrat metr sahədə yanıb.
dogruxeber.tv bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


