hadise
12.12.2020
Əli Kərimlinin köməkçisi saxlanıldı

AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli saxlanılıb.
dogruxeber.tv bildirir ki, o, karantin qaydalarını pozmaqda ittiham edilir.
“Faiq karantin rejimi sərtləşdiriləcəyinə görə bərbərə gedib. Tutub aparıblar ki, karantin qaydalarını pozmusan. Artıq ona zəng çatmır”, - deyə Əmirlinin xanımı Lalə Əmirli bildirib.
Hələ ki, Faiq Əmirli barəsində hansı tədbir görüldüyü barədə məlumat yoxdur.
(Yenisabah.az)


