Azərbaycana gətirilən Çin vaksini bu ölkənin özündə qadağan olunub? - 80 milyon dəyərində “rəsmi” feyk











Dekabrın 23-də hökumət mənbələrinə istinadən yayılan məlumata görə, Azərbaycan Türkiyədən 4 milyon ədəd Çin istehsalı olan koronavirus vaksini almağa qərar verib, qarşılığında Türkiyənin “Keymen İlaç” şikrətinə 80 milyon manat vəsait ödəniləcək və pulun bir hissəsi artıq şirkətin hesabına köçürülüb.

Bir necə gündən sonra bəzi xarici media vasitələri iddia etməyə başladılar ki, Çin vaksininin tətbiqi bu ölkənin özündə qadağan olunub. Məlumatlarda rəsmi mənbələrə də istinad verilir. Məsələn, rusdilli Opennewsportal.com saytı yanvarın 3-də yazır: “Çinin İstanbuldakı baş konsulu Tsuy Vey Türkiyənin ÇXR-dan gətirdiyi vaksinin Çində geniş tətbiq üçün qadağan olunduğunu bildrib. A Haber agentliyinə müsahibəsində diplomat deyib ki, vaksin hələ üçüncü test mərhələsindədir: “Üçüncü test mərhələsində vaksinə qanunla icazə verilmir. Çində də ondan istifadə olunmur. Belə vaksindən istifadəyə yalnız fövqəladə hallarda çox məhdud ərazilərdə icazə verilir”.

Bu qəbildən olan məlumatlar Azərbaycanda sosial şəbəkələrə də yol tapıb və getdikcə daha geniş yayılaraq əhalidə narahatlıq yaradır, narazılığı artırır.

Çin diplomatının həqiqətən belə açıqlaması varmı?

Çinin İstanbuldakı Baş konsulluğu artıq məsələyə münasibət bildirib. Onun bəyanatında deyilir: “Baş konsulumuz heç bir zaman vaksinin Çində yasaq olduğunu söyləməyib”. Bəyanatda bu ifadələr yer alıb: 1) “xəbər daha bir yalandır”; 2) “gerçəkdə iyul ayından vaksinin təcili hallarda istifadəsinə, dekabr ayından isə müxtəlif əyalətlərdə geniş tətbiqinə başlanılıb”.

Bəs feyk necə yaranıb, Baş konsul A Haber-ə nə deyib?

Başlıca təhrif ondan ibarətdir ki, nə dekabrda, nə yanvarın ilk günlərində Çin konsulunun A Haber-ə müsahibəsi olmayıb. Əslində söhbət Tsuy Veyin hələ ötən ilin noyabr ayının 27-də televiziya kanalının xəbər aparıcısı Banu Elə verdiyi açıqlamadan gedir. Aparıcı soruşub: “Üçüncü faza testlər çərçivəsində Çində çox ciddi bir kütlənin vaksinasiyaya məruz qoyulduğu barədə xəbər zaman-zaman mediada yer alır. Bu haqda məlumatınızla bölüşə bilərsinizmi?” Potensial COVİD-19 vaksininin Çində istifadəsinə hələlik təcili hallarda, risk altında olan məhdud professional dairələrdə icazə verildiyini deyən Vey isə üçüncü faza sınaqlarının nəticələrinin artıq dekabrda açıqlanacağını söyləyib. O, həmçinin bildirib ki, yoxlamalar çərçivəsində vaksinin hər hansı ciddi yan təsiri aşkar edilməyib.

Təhlükəli feykə Türkiyə rəsmiləri nə cavab verir?

İlk reaksiya Türkiyənin Sağlıq Bakanlığından (Səhiyyə nazirliyi) gəlib. Bakanlığın nümayəndəsi bildirib ki, “Vaksinin Çində 300 min əhalisi olan bir yaşayış məntəqəsində tamamən sınandığını və ölkə səviyyəsində bir milyondan çox dozanın artıq insanlara vurulduğunu bilirik”. Bununla belə Çindən gətirilmiş Kovid-19 vaksini Türkiyədə əlavə yoxlamadan keçiriləcək. Vaksin nümunələri Türkiye İlaç ve Tıbbi Cihaz Kurumunun (TİTCK) laboratoriyalarında ən azı 2 həftə araşdırılacaq və yalnız uyğun hesab edildikdən sonra onlardan istifadəyə başlanılacaq.

Vaksinin üçüncü faza sınaqları başa çatdırılıbmı?

Son qərar dekabr ayının axırlarında çıxarılıb. Çin Xalq Respublikasının ərzaq məhsulları və dərman preparatlarına nəzarət üzrə Dövlət Komitəsi COVİD-19-a qarşı sözügedən vaksinin geniş istifadəsinə rəsmən icazə verib. Komitə bildirib ki, sınaqlar vaksinin “tam təhlükəsiz olduğunu”, səmərəliliyinin 79,34% təşkil etdiyini və ÜST-nın bütün texniki standartlarına uyğun gəldiyini təsdiqləyib, ciddi yan təsir üzə çıxarılmayıb. Çin vaksini artıq Birləşmiş Ərəb Əmirliklərində də tətbiq edilir, İndoneziyaya bir milyondan çox, Braziliyaya da o qədər doza çatdırılıb, 50 milyon dozaya Türkiyədən, 35 milyon dozaya Meksikadan sifariş alınıb.

XƏBƏRDARLIQ

KOVİD-19-a qarşı vaksinə dair yalan xəbərlərin çoxluğunu, müxtəlif istehsalçı ölkələr və firmalar arasında dərin rəqabət şəraitində ən hiyləgər və təhlükəli formalar aldığını nəzərdən qaçırmayın, vaksinə dair səhiyyə orqanları tərəfindən təsdiqlənməmiş məlumatlara ehtiyatla yanaşın və onları yoxlamadan yaymaqdan çəkinin. //pressklub/az//

Son xəbərlər

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Bütün xəbərlər