Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

dogruxeber.tv xəbər verir ki,bu gün Abşeron rayonunda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verildi. Günün ikinci yarısından başlayaraq Xırdalan şəhərində, Novxanı, Fatmayı, Qobu və Masazır kəndlərində müraciət edənlərin peyvənd olunması həyata keçirildi. Bizim (jurnalistlərin – red.) olduğumuz Novxanı və Fatmayı həkim məntəqələrində peyvəndin həyata keçirilməsi üçün çox gözəl şəraitin yaradıldığını müşahidə etdik. Öncə qeyd edək ki, tibb məntəqələrinin həyətində avtomobillər üçün geniş parklama meydanı mövcuddur. Məntəqənin kandarından içəri daxil olan kimi tibb müəssisəsinə girdiyimizi hər addımda və təmasda hiss etməyə başladıq. Elə qapıdaca bizi qarşılayan tibb bacısı öncə təmassız termometrlə hərarətimizi yoxladı, daha sonra əllərimizi dezinfeksiyaedici xüsusi məhlullarla dezinfeksiya etdi. Sonra gözləmə otağını göstərdi. Burada yerdə ara məsafəni gözləmənin vacibliyini göstərən nişanlardan bəlli olurdu ki, bizi qayda-qanunların hökm sürdüyü aura gözləyir. Gözləmə zalında oturacaqlar belə, nişanlanaraq ara məsafənin hər addımında gözlənilməsinin vacibliyini xatırladırdı. Zalda oturacaqların qarşısına qoyulmuş masalarda xüsusi qablaşdırılmış sular və hətta peyvənd barəsində kitabçalar mövcud idi. Hər kəs bu kitabçalardan lazimi informasiyanı asanlıqla əldə edə bilər. Çox keçmədən ilk peyvənd olunacaq şəxs - "Abşeron Rayon Mərkəzi xəstəxanası”nın publik hüquqi şəxsin drektor müavini Fuad Məmmədov içəri daxil oldu. Tibb bacısı onun da hərarətini ölçəndən sonra əllərini xüsusi məhlulla dezinfeksiya etdi. Sonra "Qeydiyyat otağı”na aparılan F.Məmmədovun təzyiqi ölçüldü, onunla profilaktik söhbətlər aparıldı. Yalnız bundan sonra müraciət edən şəxs peyvənd otağına aparıldı. Burada onun qolu spirtlə işlənildi və peyvənd vuruldu. Bu zaman diqqətimizi çəkən bir məqamı sizinlə paylaşmaq istəyirik. Belə ki, peyvənd vurulduqdan sonra şpris "təhlükəsiz qutusu”na atıldlı, işlənmiş flakon isə şəffaf tullantı qabına qoyuldu. Və eyni zamanda flakonun seriya nömrəsi də qeydiyyat dəftərində qeyd edildi. Bundan sonra F.Məmmədov "Postvaksinal gözləmə otağı”na yerləşdirildi. Otağa fikir verdikdə gördük ki, təlimatda göstərildiyi kimi, anaflaktik şok əleyhinə dərman pereparatları və ümumilikdə ilkin tibbi yardım göstərilməsi üçün bütün vasitələrlə təchis edilib.

Tibb bacısının daimi nəzarəti altında olan F.Məmmədov 30 dəqiqə gözləmə otağında saxlanıldı. Bundan sonra müraciət edən şəxs özünü yaxşı hiss etdiyi üçün getməsinə icazə verildi.

Məlumat üçün bildirək ki, rayon üzrə ümumilikdə 56 nəfər tibb işçisi həmin günü peyvəndləndi. Peyvənd olunanların yaşına gəldikdə isə qeyd edək ki, onlar 50-65 yaşlı tibb işçiləri idi. Peyvənd olunan insanların heç birində yan təsirlərə rast gəlinmədi.

O da xüsusi olaraq vurğulanmalıdır ki, peyvəndləmə işləri saat 17:00-dan başlanılmasına baxmayaraq biz prosesin saat 20:00-a qədər davam etdiyini izlədik. Ən maraqlısı isə o idi ki, bütün işçilərdə çox yüksək əhval-ruhiyyə müşahidə olunurdu. Sanki onlar bu peyvəndləmə işlərini həyata keçirməyi səbirsizliklə gözləyiblər.

Bütün peyvəndləmə prosesini böyük maraqla izlədik. Təlimata riayət edilib-edilmədiyinə xüsusi diqqət yetirdik. Görünən odur ki, Abşeronda peyvəndləmə prosesi tamamilə təlimata uyğun şəkildə həyata keçirilir.

Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild
Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild
Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild
Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild
Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild
Abşeronda Covid-19 virusuna qarşı peyvənd olunmasına start verild

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər