"Hər gün işdən evə gələndə uşağa baxıram, ürəyim parçalanır. Nə danışa bilir, nə də eşidə. Uşaqdakı problemi yeddi aylığında hiss etdik. Həkimə aparanda öyrəndik ki, nevroloji ağır xəstədir və heç vaxt sağalmayacaq”. DİA.AZ xəbər verir ki, Ağsunun Hacıqədirli kənd sakini Zamir İmanovun iki yaşlı övladı fiziki və əqli məhdudiyyətlidir.

Ata deyir ki, oğlu Əlinin səhhəti ilə bağlı əllillik dərəcəsi almaq istəyib, lakin qeydiyyatda olduğu rayon xəstəxanasında göndərişi (forma 88) qəbul olunmayıb: "Övladım bir müddət Uşaq Nevroloji Xəstəxanasında yatdı. Sənədlərini apardım ki, uşağa təqaüd alaq. Fikirləşdim ki, pensiyasını alıb müalicəsinə verərik. Çünki maddi vəziyyətimiz yaxşı deyil, çatdırmaq olmur. Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Hüseynov sənədləri özümə qaytardı ki, düzələn deyil. Dedi ki, get, təzədən övladını Uşaq Nevroloji Xəstəxanasına müalicə etdir. Dəfələrlə müxtəlif həkimlərin yanında olmuşam. Hamısı da müayinə zamanı deyiblər ki, bu uşağa əlillik dərəcəsi düşür”.

Ağsu sakini problemlə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət etdiyini deyir: "Mehriban Əliyevaya məktub yazdım. Məktubumu Ağsu Rayon Mərkəzi Xəstəxanasına ünvanladılar ki, vətəndaşın müraciətinə mütləq baxılsın. Amma orada yenə də dedilər ki, xəstəxanada yatmalısan, vəssalam. Halbuki uşağı orada müalicə etdirmişdik. Həkimlərdən biri mənə məsləhət gördü ki, hörmət edim, yoxsa əlillik dərəcəsi ala bilməyəcəyəm. Pulum olsa, niyə əlillik dərəcəsi alıram? Uşağımı özüm müalicə etdirərəm. Sanki bu ölkədə yad adamlarıq, azərbaycanlı deyilik. Xəstəxanaya gedirsən, pulun yoxdursa, həkimlər adamın üzünə baxmırlar. Yıxıl, öl, həkimlərin vecinə deyil. Adamlara pul mənbəyi kimi yanaşırlar”.

Pandemiya dövründə sərt karantin rejimi ilə əlaqədar tikinti sektoru fəaliyyətini dayandırıb. Tikintidə fəhlə işləyən Zamir İmanov ailəsini dolandırdığı günəmuzd 15-20 manatdan da məhrum olub: "Əvvəllər imkanım normal idi, uşağı Bakı Bərpa Mərkəzinə aparırdım. Orada da qiymətlər bahadır, masajın bir saatı 36 manatdır. Aparatla masaj olunurdu, bu da ona yaxşı təsir edirdi. Müalicəni davam etdirməyə imkanım çatmadı. Ayağımda şikəstlik var, üçüncü qrup əliləm. Buna görə dövlətdən 110 manat pul alıram. Ailəmi fəhləliklə dolandırıram. Uşağın qüsurlu olduğunu yeddi aylığında hiss etdik. Həmin vaxtdan da qazancımı, əllilik pensiyamı bu uşağa xərcləyirik. Bir ildir ki, pandemiyaya görə də iş yerləri bağlanıb. Həkimlər deyir ki, üstünə düşüb, müalicə etdirsən, vaxtlı-vaxtında masaj edilsə, irəliləyiş olar. Özünü idarə edə bilər. Əvvəl dərmanlarını almaq imkanımız vardı, uşaq da sakit idi. İndi dərmanları ala bilmirik deyə çox ağlayır, ağrıları, narahatlığı var, sakitləşdirə bilmirik. Eşitmir, danışmır, yerimir”.

"Düzü, müayinələrə də aparmağa imkanımız yoxdur. Dərdinin nə olduğunu da bilmirik. Uşağı Nəsrəddin Tusi adına Xəstəxanada 220 manata MRT (Maqnit Rezonans Tomoqrafiya-red) etdirmək üçün bankdan kredit götürdüm. Qazandığım pulla özümə paltar almamışam, amma uşağıma xərcləmişəm ki, bəlkə, sağalar”, - narazı vətəndaş belə deyir.



Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər