İcra Başçısının hədə-qorxuları rayonda  vəziyyəti gərginləşdirir - RÜSVAYÇILIQ


















Goranboyun icra başçısı Məhərrəm Quliyev rayonda vəziyyəti “kritik hədd”ə çatdırdı və bu gün həm icra başçısının, həm də onun tabeçiliyində çalışan bir-neçə "troll dəstəsi”nin söyüş hücumlarına məruz qalmışıq. Təsəvvür edin ki, rayonda yaşayan yaxın qohumlarıma “Sizi işdən çıxardacam” deyib, açıq-aşkar şəkildə hədə-qorxu​ gəlirlər. Yaxınlarıma qarşı “troll dəstəsi”nə aid olan şəxslərin qərəzli yanaşmaları bir daha onu söyləməyə əsas verir ki, “hücuma keçənlər"in əksəriyyəti, məhz Məhərrəm Quliyev tərəfindən “idarə olunan ünsürlərdirlər”. Heç cür inana blmərik ki, bu cür biabırçılığa ölkənin siyasi rəhbərliyi göz yumsun. Çünki, icra başçısı Məhərrəm Quliyevin və onun “troll dəstəsi”nin atdığı addımlar olduqca utanc hissi gətirən addımlardır. Hazırda rayonda görüləsi işlər çox olsa da, bu şəxslərin gündəlik işi-gücü sosial şəbəkələrdə mətbuata qarşı söyüş kompaniyası aparmaqdan ibarətdir. Medianın tənqidi açıqlamalarına rəsmi münasibət bildirmək əvəzinə, görəsən söyüş sözləri söydürməyə adət etmiş bir şəxsin Goranboya rəhbərlik etməsinin nə qədər mənəvi, nə qədər hüquqi ixtiyarı var? Bildirirəm ki, hazırda idarə, müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan yaxın qohumlarıma ciddi təzyiqlər göstərilir və “yoxlamalar” göndəriləcəyi ilə bağlı hədədolu mesajlar da çatdırılır. Fakt ondan ibarətdir ki, sanki Goranboyda bir “gestaporejim” hökm sürür. Hətta, mənə qarşı söyüş sözləri söyən məmurlardan birini boya-başa çatdığım Qazanbulaq qəsəbəsinə göndərirlər və “Gedin Şirin Cəfərinin təhsil sahəsində və digər sahələrdə çalışan qohumlarının işdən azad olunmaları haqda ərizələrini alın” deyə tapşırıq da verirlər. Qohumlarım işdən çıxmaları haqda könüllü ərizə yazmaqdan imtina etdikləri üçün, onların təftiş və təqib olunacaqları bildirilir. Heç bir nöqsan tapa bilmədikdə isə, sanki tülkü kimi məktəbin və digər idarə, müəssisə və tşkilatların divarlarının dibində gizlənərək, bir növ “güdükçü” funksiyasını yerinə yetirirlər. Məqsədləri odur ki, maskasız olsalar şəkillərini çəkib nöqsan tutsunlar və işdən azad etsinlər. Hələ ki, bu gün onlar istədiklərinə nail ola bilmirlər və hər cür cılız hərəkətlərə də qol qoyurlar. Rəhbərlik etdiyim mətbu qurumda dərc olunan faktların qarşısında aciz qalan icra başçısı, məhz “troll dəstəsi”nə tapşırıq verdi ki, təhqirə, şantaja üstünlük verib hücuma başlasınlar. Səsləndirdikləri şər-böhtanlar əks-səda yaratdı, özlərinə “başağrısı” əmələ gətirdi, ona görə də onlar bu gün hücum taktikasını dəyişdiriblər. Hazırda icra başçısı tabeçiliyində çalışan şöbə müdirinin müavini olan bir “gədəçə”ni göndərir və “Get jurnalistin dövlət müəssisələrində işləyən qohumlarını izlə və onlardan nöqsan tap” deyə tapşırığını verir. Həmin “gədəçə” də özünə aid olan işləri buraxır və qeyri-qanuni işlərlə məşğul olmağa başlayır. Vallah ayıbdır! Əslində icra başçısı Məhərrəm Quliyev və onun tabeçiliyində çalışıb söyüş sözləri söyən məmur işindən alınmalı və hər iki şəxs məsuliyyətə də cəlb olunmalıdırlar. Mən "Gündəm Xəbər" qəzetinin rəhbəri Şirin Cəfəri olaraq ölkə başçısı cənab İlham Əliyevə səslənirəm ki, Goranboyun icra başçısının özbaşına hərəkətlərini durdursun! Əks halda Azərbaycan vətəndaşlığından imtina edib, xarici ölkələrdən sığınacaq almaq üçün müraciətlər etmək məcburiyyətində qalacağam.

Redaksiya hər kəsin söz haqqını tanıyır ;

Son xəbərlər

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bütün xəbərlər