İrəvan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb - TƏHLİL






"Daşnaklar xarici işlər naziri Ara Ayvazyanın Türkiyə ilə sərhədin açılması mümkünlüyü barədə açıqlamasını tənqid ediblər. Erməni radikalların fikrincə, sərhəd açılarsa Ermənistanla dünyadakı erməni lobbisi arasında uçurum yaranacaq. Çünki ikincilər Türkiyə ilə istənilən təmasın əleyhinədirlər".

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, daşnaklar məhz lobbinin maliyyəsi hesabına Ermənistanda siyasi varlığını davam etdirə bilirlər:

"Daşnaklar hardasa haqlıdırlar, erməni lobbisinin özünün “anti-türk” dünyası var, 100 ildən çoxdur bununla yaşayırlar. Ancaq bu “dünyanın” ötən illərdə Ermənistana xeyri olmadı, müxtəlif parlamentlərin “soyqırımı” qətnamələri Emənistanın qonşusu Türkiyə və türk dünyası ilə problemlərini dərinləşdirdi.

Beləliklə, Ermənistan hakimiyyəti iki reallığı qəbul etməyə başlayıb. Birinci reallıq odur ki, Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatını canlandıra bilər, üstəgəl İrəvan Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətlərini nəzərə almaq məcburiyyətindədir. Ancaq sərhədin açılması üçün İrəvan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Prinsip etibarilə bu nəticə də əldə olunacaq. Ermənilər özləri də deyirlər ki, əgər Ermənistanla Azərbaycan arasında sərhəd sürətlə formalaşırsa, bu o deməkdir ki, İrəvan faktiki Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Təsadüfi deyil ki, Laçın dəhlizi üzərindən də gediş-gəlişlərin nəzarətə götürülməsi prosesinə başlanılıb.

İrəvan ikinci reallığı da sakitcə qəbul edib. Əgər Ermənistan hakimiyyəti və cəmiyyəti əsirlərinin geri qaytarılmasını istəyirsə, bundan sonra Dağlıq Qarabağa “hərbi xidmətə” heç kimi göndərməməlidir. Bunu da səssizcə qəbul etdilər və xəbərini yaydılar, əvəzində hissə-hissə əsirləri geri qaytarılır.

Üçüncü mərhələ Dağlıq Qarabağdakı silahlı separatçıları tərksilahının sürətlənməsidir. Bu prosesi də gücləndirməliyik. “Dəmir yumruq” kitabımda da yazdığım kimi növbəti mərhələdə - “ağıl oyunlarında” da üstün olacağıq".

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər