Günay Ağamalı: Bir sıra hallarda autizm sindromundan əziyyət çəkən uşaqlar cəmiyyətdə  düzgün qəbul olunmurlar




















dogruxeber.tv: - 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günüdür

Autizimlə bağlı ilk olaraq deyə bilərəm ki, bu, təkcə bir ailənin deyil, bütün cəmiyyətin problemidir. Autizm yaş artımı ilə meydana gələn inkişaf əngəlləyən bir haldır. Autizm uşaqların sosiallaşmasına və onların cəmiyyətə uyğunlaşmasına böyük problemlər yaradır.

Təssüf ki, bir sıra hallarda onlar ictimaiyyətdə və cəmiyyət içərisində düzgün qəbul olunmurlar.

Dəyərli valideynlərin nəzərinə çatdırmaq istərdim ki, əgər onlar uşağın 2 yaşında fərqli davranış, psixoloji durumunda problem müşahidə edirlərsə mütləq ki, mütəxəssislərə müraciət etməlidirlər. Onu da qeyd edim ki, autizmin başlanğıcında onu aradan qaldırılması üçün məktəbəqədər təhsil müəssisələrinin çox böyük rolu var. Məktəbəqədər təhsil müəssisələrinə gedən autizm sindromlu uşaqlar cəmiyyətə daha tez uyğunlaşırlar. Şəxsi təcrübəmə söykənərək etiraf edim ki, məktəbəqədər təhsil müəssisəmizdə autizmli uşaqlar sosiallaşıb və onlar digər şagirdlər kimi məktəbə gediblər. Başqa sözlə desək, valideyn problemin üzərinə vaxtında düşərsə, ona erkən müdaxilə olunarsa, düzgün seçim edərək, peşəkar mütəxəssis, yüksək səviyyəli məktəbəqədər təhsil muəssisəsi seçərsə çox müsbət nəticə əldə etmək olar.

Bugün ikluziv təhsilə çox böyük önəm verilməlidir. Bəzi hallarda valideynlər narahatçılıqla düşünürlər ki, onların övladının yanında autizmli uşaq olarsa, bu onların da uşaqlarına mənfi təsir edər. Bu, kökündən yalnış düşüncədir. Müşahidələrimiz sübut edir ki, adi uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğı ilə yanaşır, onları sevirlər. Həm də bu, körpələrimizdə mərhəmət hissini formalaşır.

Buta körpələr evi - uşaq bağçası autizm sindromlu uşaqların sosiallaşması, öz yaşıdları ilə kompleks daşımadan ünsiyyətə girməsi üzrə yüksək təcrübəyə malikdir. Sağlam gələcəyimiz naminə psixoloji problemi olan fidanlarımızın davranış pozuntularının aradan qaldırılması üçün hər birimiz böyük məsuliyyət daşıyırıq.


"BUTA" körpələr evi - uşaq bağçasının rəhbəri

Günay Ağamalı

Son xəbərlər

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Bütün xəbərlər