Kainatın genişlənməsinin səbəbini BU DƏFƏ BELƏ İZAH ETDİLƏR

















Kainatın genişlənməsi daha da sürətlə gedir. Lakin alimlər bunun səbəbini anlaya bilmirlər. Mövcud olan müasir nəzəriyyələrə əsasən, bunun səbəbinin arxasında qara enerji adlı anlayış dayanır. Lakin onun həqiqətən də mövcud olub-olmaması bilinmir.

dogruxeber.tv-ın Lent.az-a istinadən məlumatına görə, danimarkalı alimlərin təqdim etdikləri yeni nəzəriyyə qara materiyanı qeyri-adi maqnit özəlliklər ilə təmin edir.

Bu halda o, müşahidə olunan kainat genişlənməsini izah edir və qara enerjinin mövcudluğuna ehtiyac duymur.

Ən geniş yayılmış kosmoloji model kainatın tərkibini 3 əsas hissəyə bölür:

Birinci hissə adi materiyadan (başqa adı barion materiya) ibarətdir. Bu, bizim görə bildiyimiz və gün ərzində toxunaraq qarşılıqlı əlaqədə olduğumuz materiyadır. O, kainatın 5%-ni təşkil edir. Lakin kainatın yerdə qalan 95%-nin nədən ibarət olduğu məlum deyil.

Müasir elmdə qəbul edilmiş inanışa əsasən kainatın 68%-i qara enerjidən, 27%-i isə qara materiyadan ibarətdir. Görünür, qara materiya qalaktikaları bir yerdə saxlayır, lakin işıqla qarşılıqlı əlaqədə olmadığı üçün onu aşkar etmək çox qəlizdir.

Kopenhagen Universitetinin alimləri ümumiyyətlə 2 qara anlayışdan imtinanın mümkün olub-olmadığını yoxlamaq istəyiblər. Onlar güman edirlər ki, əgər qara materiya daha bir qeyri adi özəlliklə təmin edilsə, qara enerji konsepsiyasından imtina etmək olar.

“Biz, qara materiya haqqında çox az biliklərə sahibik. Biz sadəcə olaraq bilirik ki, bu, ağır və ləng hissəciklərdir. Lakin biz özümüzə sual verdik: Qara materiya maqnetizmə bənzər özəlliyə sahib olsaydı nə olardı? Biz bilirik ki, adi hissəciklər hərəkət edən zaman maqnetizm yaradırlar. Maqnitlər isə digər maqnitləri həm cəlb edirlər həm də itələyirlər. Bəlkə eyni proses kainatda da baş verir? Bəlkə qara materiyanın daimi genişlənməsi hansısa maqnit gücünün təsir nəticəsidir?” - deyə Steen Harle Hansen adlı baş tədqiqatçı qeyd edib.

Alimlər kainat barəsində bilinən hər şeyi (qravitasiya, genişlənmə sürəti və s.) özündə birləşdirən yeni model yaradıblar. Lakin həmin modelə genişlənmə sürətinin yüksəlməsini idarə edən kosmologiya sabitliyi nəzəriyyəsi əlavə edilməyib. Onun yerinə alimlər qara materiya hissəciklərinə əlavə güc veriblər və həmin güc öz sürətinin kvadratı ilə mütənasib olub.

Maraqlısı ondadır ki, təcrübə çərçivəsində yaradılmış yeni modeldə kainat real kainatda müşahidə olunan genişlənmə şəklində genişlənir.

Beləliklə, kainatın genişlənmə sürətinin artması üçün maqnetizmə sahib qara materiya kifayət edib. Hər halda bu hələ ki, sadəcə olaraq maraqlı bir ideyadır və onun üzərində daha detallı modellər vasitəsilə tədqiqatlar aparmaq lazımdır./"technote"

Oxunub: 708

Son xəbərlər

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Bütün xəbərlər