Köməyə ehtiyacı olan qazi ilə bağlı icra hakimiyyətindən açıqlama: - “Xəstədir də, 200 manat yardım olunub”







“Hospitallarda müalicə alıb. Rayon icra hakimiyyətindən evinə getmişik. Milli Məclisin deputatı Moskvadan dərman gətizdirib. İcra hakimiyyəti tərəfindən, YAŞAT Fondu tərəfindən lazım olan bütün şeylər edilib. Onun burada heç bir şikayəti, heç bir narazılığı yoxdur. Yenə də biz onun qulluğunda, hazırıq, özü bilir”.
Bu sözləri Ağdaş Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov, sosial şəbəkələrdə kadrları yayılan və köməyə ehtiyacı olduğu anlaşılan Vətən Müharibəsi qazisi Tarverdiyev Şahmar Şaban oğlunun səhhəti və onun üçün görülən tədbirlər haqqında Yeniavaz.com-a açıqlama verərkən deyib. Q. Həsənov bildirib ki, sonuncu dəfə icra hakimiyyətinin əməkdaşları 1 ay əvvəl qazinin evində olub, ona baş çəkiblər:
“Xəstədir də, xəstə uşaqlarımızdandır. Hamı nazı ilə oynayır. Bütün qayğılar olunub. İndi əlavə nə sözü, nə tapşırığı varsa baş üstə. Təxminən 5-10 gün əvvəl 200 manat yardım olunub”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Ağdaş rayonun Ovculu kənd sakini, Vətən Müharibəsi qazisi Tarverdiyev Şahmar Şaban oğlunun kadrları yayılıb. Kadrlarda qazinin özündə olmadığı və dayanmadan qışqırdığı görünür. Kadrları yayn şəxs onun müharibə zamanı aldığı travmalar nəticəsində bu hala düşdüyünü və köməyə ehtiyacı olduğunu bildirir. Qazinin anası isə bildirib ki, döyüşlər zamanı yanında partlayan partlayıcı nəticəsində qulağından qan gəlib və hər gün belə travmalar yaşayır. O, Şahmarın özündə olmayaraq özünə xətər yetirdiyini və nəticədə əl-ayaq barmaqlarının əksəriyyətinin qırıq olduğunu bildirib.
Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə də əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
YAŞAT Fondundan isə Yeniavaz.com-a bildirildi ki, qazinin vəziyyəti və onun üçün görülən işlər barədə məlumat veriləcək.

Son xəbərlər

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Bütün xəbərlər