gundem / siyaset
21.04.2021
Nazir əməliyyat müvəkkilini rəis müavini təyin etdi - ƏMR
![]()
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib.
dogruxeber.tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış idarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytanantı Cahid Ələsgərov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə C.Ələsgərov Tovuz Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.
C.Ələsgərov daha əvvəl də Kürdəmir RPŞ-də müavin olub.


