Baş Şirvan kollektoru qanunsuz balıq torlarından təmizlənib

dogruxeber.tv:- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Təmiz hövzələr" aksiyası çərçivəsində növbəti tədbir Baş Şirvan kollektorunun Salyan rayonundan keçən hissəsində keçirilib.

Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova DİA.AZ-a bildirib ki, aksiyaya Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşları da qoşulub.

O qeyd edib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Su Nəqliyyatında Polis İdarəsinin, Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşlarının və ekokönüllülərin iştirak etdiyi aksiya çərçivəsində Baş Şirvan kollektorunun 18 kilometrdən artıq sahəsi sintetik torlardan və plastik tullantılardan təmizlənib.

“Aksiyanın keçirilməsində məqsəd ölkənin su hövzələrində balıq ehtiyatlarını qorumaq, onların təbii populyasiyasını artırmaq, su hövzələrində çirklənməni azaltmaq, icazə verilən ərazilərdə, icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ etməkdir.

Hər bir vətəndaşı faunamıza dost münasibət bəsləməyə, onu qorumağa, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə, sintetik torlardan istifadə etməməyə çağırırıq”.

S.Məmmədovanın sözlərinə görə "Təmiz hövzələr" aksiyası çərçivəsində yığılmış sintetik torlar və plastik tullantılar təkrar emal üçün AzEkol şirkətinə təhvil verilib.

Son xəbərlər

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

Bütün xəbərlər