“Əlillik dərəcəsi düşən insanlardan rüşvət tələb olunur” - BU, FAKTDIR...

dogruxeber.tv: - Parlamentin dünənki iclasında millət vəkili Razi Nurullayev mühüm bir məsələyə toxunub. Deputat bildirib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişikliklərin xeyli hissəsi mütərəqqi olsa da, əlilliyin faizlə müəyyən edilməsi düzgün deyil:

“Ola bilsin ki, bu, digər ölkələrdə özünü doğruldub, bizdə isə bu bir korrupsiya və ədalətsizliyə yol açacaq. Əlilliyin faizlə müəyyən edilməsi əyriliklərə və rüşvətxorluğa imkan yaradacaq. Deyək ki, birinin qara ciyəri, böyrəkləri, mədəaltı vəzisi, nə bilim, ürək damarları 50 faiz funksionallığa malikdir, pul verəcək yazacaqlar 62 faiz. Yaxud xəstəyə pul vermədiyi üçün 70 faiz işləməyən böyrəklərinə 53 faiz yazacaq. Yəni bu faiz məsələsi bank faizləri kimi xalqı böyrü üstə qoyacaq. Əlilliyin təyinat məsələsini iki hissəyə bölmək lazımdır. Görünən və təsbit olunan əlillik - bura bədən orqanlarını itirmiş şəxslər daxildir - bir də daxili xəstəliklər ucbatından verilən əlillik. Ən çox incitmələr gözlə görünə bilməyən xəstəliklər ucbatından olacaq. Belə düşünürəm ki, bədən üzvlərini itirməyən şəxslər üçün əlillik almaq çətinləşdirilir”.

İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, əlilliyin təyin edilməsi ilə bağlı insan faktoru daha çox rol oynayır, nəinki texniki-tibbi göstəricilər. Bu da kifayət qədər problemlər yaradır:

“Çünki zaman-zaman qanunla əlillik dərəcəsi düşən insanların rüşvət və korrupsiya ilə qarşılaşdığı heç kimə sirr deyil. Onlardan rüşvət tələb olunur. Təəssüf ki, Azərbaycanda belə hallar tez-tez təkrarlanır. Bunun üçün yeni bir sistemin qurulmasına ehtiyac var. İnsan faktoru olmadan tibbi göstərişlərlə əngəlli insanlara avtomatik olaraq əlil statusunun verilməsi lazımdır. Yəni insanlar olmadan ancaq tibbi arayışlar və göstəricilər nəticəsində əlillik dərəcəsinin verilməsi üçün yeni proqramlar hazırlanmalıdır. Fikrimcə, bu məsələdə insan faktoru nə qədər rol oynayacaqsa, problemlər bir o qədər çox olacaq. Dövlətin də münasibəti dəyişməlidir. Sanki qeyri-rəsmi yanaşma mövcuddur. Bacardıqca daha az insanlara əlil statusunun verilməsi nəticəsində dövlət büdcəsinə qənaət edilir. Vətəndaşlar arasında da belə bir təəsürat yaranıb. Halbuki dövlət büdcəsinə qənaət edilməsinin çoxlu sayda yolu və imkanı var. İnsanların incidilməsi, əlil vətəndaşların əngəllərlə qarşılaşması heç də xoş hal deyil. Ona görə də tam avtomatlaşdırılmış sistemin qurulması lazımdır”.// “Sherg.az”

Oxunub: 638

Son xəbərlər

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

Bütün xəbərlər