Kamal Abdullanın arxasındakı ƏSAS GÜC... - İLGİNC İDDİALAR


dogruxeber.tv: - Bir neçə gün öncə elektron media resursları Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanı yenidən gündəmə gətirdi. Amma haqqında dərc edilmiş əvvəlki yazılardan bir az fərqli. Əvvəlki yazılarda universitetin rektoru Kamal Abdullaya qarşı irəli sürülən ciddi ittihamlar daha çox rəhbəri olduğu ali təhsil ocağını şəxsi gəlir mənbəyinə çevirməsi, tədris müəssisəndə təhsilin keyfiyyətini günbəgün aşağı salması ilə bağlı idi. Həmçinin bir çox mətbuat orqanı Kamal Abdullanı universitetdə vəzifələri satmaqda, çoxsaylı qohumlarına yanında müxtəlif işlər verməkdə ittiham edirdi. Rektoru gündəmə gətirən ən son yazı isə daha çox onun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə yaxınlığı ilə bağlı idi. Sən demə, professor Kaman Abdulla bu günə qədər universitetdə yol verdiyi bütün özbaşınalıqları akademik Ramiz Mehdiyevə arxayın olub həyata keçirirmiş.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə məhz buna görə dünən Kamal Abdulla təcili olaraq universitetdə Elmi Şuranın iclasını keçirməli olub. Burada təbii ki, hansısa bir elmi məsələ müzakirə olmayıb. Məlumatlara görə rektor iclasda tər tökə-tökə özünün deyil, akademikin adının mətbuatda hallanmasından daha çox narahat olduğunu ifadə edib. İclasda rektor həmçinin bu yazılanların qarşısını vaxtında almadıqlarına görə bəzi məsil şəxsləri danlayıb da. Danlananlar isə rektorun qarşısına heç bir əsaslı arqument qoya bilməyiblər. Kamal Abdullanın onlara verdiyi ciddi tapşırıqlara növbəti yazıların birində ətraflı toxunacağıq. Qayıdaq rektorun akademik Ramiz Mehdiyevin adının hallanması ilə bağlı keçirdiyi narahatçılığa.

Kamal Abdulla adının Ramiz Mehdiyevlə yanaşı hallanmasından nədən bu qədər narahat olub? Axı o, məhz akademikin sayəsində uzun illərdir yüksək vəzifələrdə çalışır. Kamal Abdullanın rektor təyin olunmasından sonra Azərbaycan Dillər Universitetinə nələrin baş verdiyini Azərbaycan ictimaiyyətinə bir daha xatırlamaq istəməzdik. Bu gün Kamal Abdullanın rəhbərliyi altında Azərbaycan Dillər Universitetində nələr baş vermir? Əsas sual məhz belə qoyulmalıdır. Yüksək ixtisaslı mütəxəssislərin olmasına baxmayaraq, rəhbər vəzifələrə təcrübəsiz, ixtisası uyğun gəlməyən, elmi adı və dərəcəsi olmayan şəxslərin gətirilməsindən tutmuş, konfranslara, seminarlara, təmir-tikintiyə ayrılan dövlət vəsaitlərinin qat-qat şişirdilməsinə, yaxın adamlarının vasitəsi ilə büdcə pullarının təyinatından kənarlaşdırılmasına qədər hər şey. Kamal Abdullanın rəhbərliyi ilə Azərbaycan Dillər Universiteti həm də, ali təhsil ocağından daha çox,bir intriqa yuvasına, gizlin planlar mərkəzinə çevrilib.

Kuluarlarda gəzən söz-söhbətlərə görə Kamal Abdullanın bir narahatçılığı da olub ki,arıq ondan qurtulub. Bu uzun illər təhsil sistemində yüksək vəzifələrdə çalışmış, 2009-cu ildən YAP Respublika qadınlar Şurasının sədri,2013-cü ildən YAP İdarə Heyyətinin üzvü olmuş Nurlana Əliyeva ilə bağlı olub. Məlum olduğu kimi Nurlana Əliyeva 2016-cı ildə Bakı Slavyan Universitetinin rektoru təyin edilmişdi. Kamal Abdulla isə 2017-ci ildə Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsinə gətirilib. Buna baxmayaraq Kamal Abdulla Nurlana Əliyevanın Bakı Slavyan Universitetinin rektoru təyin olunmasından narazılığını tez-tez biruzə verirmiş və “bu qoca arvad buraya hardan gəlib çıxdı”-deyə etirazını gizlətmirmiş.

Məlum olduğu kimi Nurlana Əliyeva artıq Prezident İlham Əliyevin 22 iyun 2021-ci il tarixli Sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edildi. Nazir Emin Əmrullayevin əmri ilə 24.06.2021-ci ildə Təhsil nazirliyinin elm, ali və orta ixtisas şöbəsinin müdir müavini Anar Nağıyev Bakı Slavyan Universitetinə rektor əvəzi təyin edilib. Bu Emin Əmrullayevin əmri ilə baş tutsa da, kimlərinsə istəyi ilə həyata keçirilib. Bəs Anar Nağıyev kimdir və Kamal Abdulla ilə onu hansı tellər bağlayır?

Əldə etdiyimiz məlumatlara görə Təhsil nazırliyində tutduğu vəzifəyə qədər Anar Nağıyev Azərbaycan Dillər Universitetində mühüm vəzifələrdən birini çalışıb. Gənc olmasına baxmayaraq universitetin sabiq rektoru Səməd Seyidovun ən yaxın adamlarından biri olub. Uzun müddət Səməd Seyidovun qara kassiri olmuş Anar Nağıyevin Bakı Slavyan Universitetinə rektor əvəzi təyin edilməsi bir təsadüfdürmü,yoxsa Kamal Abdullanın ustalıqla həyata keçirdiyi tədbirlərin məntiqi nəticəsi?

Həmin səlistcəsinə həyata keçirilən tədbirlərin nəticələri indi hər axşam işçilər dağıldıqdan sonra Azərbaycan Dillər Universiteti ilə Bakı Slavyan Universitetinin arasındakı “besedka”da özünü göstərir. Kamal Abdulla burada Slavyan Universitetinin rektor əvəzi Anar Nağıyevlə gecə saatlarına qədər müzakirələr aparırlar.Təbii ki, Anar Nağıyev buraya rektor əvəzi kimi göndərilsə də,rektor olmaq ümidi ilə gəlib və yaxud gətizdirilib.İndi onların əsas müzakirə predmetlərinin nələr olduğu dəqiq bilinməsə də,təsəvvür etmək mümkündür. Bakı Slavyan Universitetində aparılacaq kadr islahatları,yeni təyinatlar və daha nələr-nələr.//Aktualinfo.org

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər