Goranboyda başçı ilə görüşmək MÜŞKÜLƏ ÇEVRİLİB... - NARAZILIQ VAR!

DogruXebər.az : - “Bizim o çaydan başqa su mənbəyimiz yoxdur. Çayınsa qarşısını qəsdən kəsirlər. Getdik deputatımızın köməkçisinə şikayət etdik, dedi, həll olunacaq, sabahı gün çay gəldi, elə bir gün istifadə edə bildik, növbəti gün yenə qarşısı alındı”.

Goranboyun Nizami kəndinin sakinləri Meydan TV-yə danışırlar ki, ikinci ildir əkdiklərini suvara bilmirlər, səbəbsə əkin sahələrinə istifadə etdikləri çay suyunun kəndə gəlib çatmamasıdır. Onlar hesab edirlər ki, çayın qarşısı qəsdən alınır.

Əhali susuzluqdan əziyyət çəkir

Kənd sakinlərinin sözlərinə görə, 50 ildən çoxdur ki, Kürəkçaydan axıb gələn çay kəndin içindən keçir. Kəndin əhalisi məişətdə də, əkinçilikdə də bu çayın suyundan istifadə edir. Ancaq çayın qarşısının alınması əhalinin susuzluqdan əziyyət çəkməsinə, əkin sahələrinin yanmasına səbəb olur.

Kürəkçay Kürün sağ qoludur. Goranboy, Göygöl, Yevlax rayonları ərazisindən axır. Yaşayış məntəqələrinin su ilə təmin edilməsində, kənd təsərrüfatı sahələrinin suvarılmasında və energetikada Kürəkçaydan geniş istifadə olunur. Goranboyun bir çox kəndi suyu Kürəkçaydan axıb gələn çaylardan götürür.

“Bir artezian quyusu kəndin su tələbatını ödəmir”

Kənd sakinlərinin deməsinə görə, ötən il çayın qarşısı alındığına görə Prezidentə müraciət ediblər. Bu müraciətləri çayın qarşısındakı “əjdahanı” yerindən tərpədə bilməsə də, kəndin bir hissəsində artezian quyusu qazılıb. Bu quyusa kəndin su tələbatını tam ödəmir:

“Quyu kəndin aşağı tərəfində vurulub, kəndin yuxarı hissəsi yenə susuz qalıb. Buradakı insanlar paltar, qab yumağa, yuyunmağa su tapmır. Kürəkçaydan axıb gələn çay Yolqular kəndi ərazisində bir neçə qola ayrılır, hər qolu ayrı-ayrı kəndlərə axıb gedir, bir qolu bizim kəndə gəlir. Bizim kəndə gələn qolun suyunun qarşısı oradan alınır. Yayın cırhacırında suyu qonşu kəndlərdən daşıyıb istifadə edirik. Əkin sahələrimizsə dediyimiz kimi, yanıb”.

Bu yaxınlarda kəndin 30-dan çox sakini su probleminin həlli üçün növbəti dəfə Goranboy Rayon İcra Hakimiyyətinə üz tutub. Ancaq bu dəfə də icra başçısı ilə görüşə bilməyiblər. Əvəzində onları Goranboydan seçilmiş deputat Anar Məmmədovun köməkçisi qarşılayıb:

“Bizi Elçin müəllim qəbul etdi, dedi, narahat olmayın, çayın məsələsi qısa müddətdə həll olunacaq. Doğurdan da, sabahı gün çayı açıb buraxdılar. Kəndlilər əkin sahələrini suvardılar, başqa problemləri həll etməyə çalışdılar. Ancaq sudan doyunca istifadə edə bilmədik, çünki növbəti gün çayın qarşısı yenə alındı. Bax, beləcə, bütün kəndlə sanki oynayırlar”.

Goranboy Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Nizami kəndindən axan çayın qurumasına səbəb havaların quraq keçməsidir: “Çayda suyun səviyyəsi aşağı düşür, çay yalnız yaxın ərazilərdəki kəndlərə axır, hətta həmin kəndlərdə də çayda suyun səviyyəsi çox aşağıdır”.

Nizami kəndinin 2 mindən çox əhalisi var. Kəndlilər əsasən əkinçilik və heyvandarlıqla məşğul olurlar. Susuzluq onların kənd təsərrüfatıyla məşğul olmasını da əngəlləyir.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər