gundem / siyaset
16.09.2021
Vilayət Eyvazov DYP rəisini vəzifəsindən azad etdi - ƏMR
dogruxeber.tv: - Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Koroğlu Quliyev tutduğu vəzifədən azad edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə, o, Füzuli RPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb.
Hələlik Füzuli DYP-nin rəisi vəzifəsinə təyinat yoxdur.


