KTMT Ermənistana 3-4 PUA versə belə heç nə dəyişməyəcək - GƏLİŞMƏ

dogruxeber.tv: - "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri müasir texnika, o cümlədən, Pilotsuz Uçan Aparatla silahlanmalıdır". Bu təkliflə Ermənistanın Baş naziri Nikol Paşinyan Düşənbədə keçirilən sammitdə çıxış edib. Paşinyan bildirib ki, Ermənistanın quruma sədrlik edəcəyi müddətdə İrəvan KTMT, ATƏT və BMT ilə dialoqu nəzərə alaraq, təhlükəsizlik üzrə forumların keçirilməsi praktikasını bərpa etmək niyyətindədir. Quruma sədrliyi xüsusi olaraq qabardan baş nazir bəyan edib ki, üzvlər bir-birinə qarşılıqlı yardımı artırmalı, xarici siyasət məsələlərində koordinasiyanı gücləndirməlidir.

Paşinyanın sözlərinə görə, quruma üzv dövlətlər maraqlarına toxunan məsələləri razılaşdırılmalıdır: “Xarici işlər və müdafiə nazirlikləri səviyyəsində məşvərət iclaslarının keçirilməsinə böyük önəm veririk”. Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində KTMT-nin üçgünlük sammiti keçirilib. Sentyabrın 15-də başlayan toplantıda Rusiya, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak ediblər. Rusiya Prezidenti Vladimir Putin karantin rejimində olduğundan, iclasa videokonfrans rejimində qatılıb. Təşkilatın növbəti iclası 2022-ci ilin sonunda İrəvanda keçiriləcək.

Paşinyanın Düşənbədəki çıxışını “Şərq”ə şərh edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, KTMT-yə rəhbərliyin Ermənistana keçməsi formal xarakter daşıyır və heç bir reallığı dəyişdirmir. Siyasi şərhçi bildirib ki, Ermənistanın KTMT-dən gözləntiləri müharibəyə qədər böyük idi. Onlar əmin idilər ki, Azərbaycanın hər hansı müdaxiləsində təşkilat erməniləri qoruyacaq, ən azından çəkindirici addımlar atacaq. Bunların heç biri baş vermədi:

“Rusiyanın müəyyən dairələri Ermənistanı arxayın salırdılar. Moskva “bleflə” məşğul idi. “Münaqişə ancaq sülhlə həll edilməlidir”, yaxud “Gürcüstanın başına gələnlər digər ölkələrə dərs olmalıdır” tipli bəyanatlar erməniləri əməlli-başlı rahatladırdı. Müharibədən sonrakı dövrdə də KTMT-nin sərhədlərin delimitasiya prosesinə, mövcud gərginliklərə qarışmamasının şahidi olduq. Bir sözlə, Ermənistan hər mərhələdə tək buraxıldı. İrəvanın başını qatmaq üçün quruma müvəqqəti sədrliyi ona həvalə ediblər. Sədrlik Ermənistana təşkilat üzərindən sərbəst idarəetmə səlahiyyəti, ordudan istədiyi kimi istifadə hüququ vermir. Qurum kollegialdır və fəaliyyəti səs çoxluğu ilə mümkündür. Hətta tam razılıq əsasındadır. Bu mənada KTMT Paşinyanın xətrinə Ermənistana üç-beş PUA versə belə yenə dəyişən bir şey olmayacaq. 44 günlük müharibədə Rusiyaya məxsus silahların potensialını gördük”.

A.Qasımova görə, Paşinyanın KTMT-yə inamı yoxdur:

“Baş nazirin qurumu “əhəmiyyətli” təşkilat kimi qələmə verməsi qurduğu siyasi oyunun tərkib hissəsidir. Paşinyan çalışır ki, ölkədə KTMT-yə, dolayı yolla Moskvaya olan inamı tədricən azaltsın. Hətta bir müddət sonra müraciətlərə cavab verilməməsini əsas gətirərək Ermənistanın qurumdan çıxmasını belə gündəmə gətirə bilər. Regionun siyasi mühitinə nəzər saldıqda, bölgədə Türkiyə və Pakistan kimi güclü oyunçular gözə dəyir. Görünür, baş nazir müəyyən üsullarla erməni ictimaiyyətini ayıltmağa, həqiqəti onlara göstərməyə cəhd edir”.

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər