Səhiyyə sisteminin MÖCÜZƏLİ SİFƏTİ... - Daha nə olsun?!

dogruxeber.tv: - Bir müddət əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları (AQTA) Naftalan şəhəri, N.Gəncəvi küçəsi 20 ünvanında fəaliyyət göstərən, “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC-yə məxsus ictimai iaşə sahəsinə baxış keçirmişdi.
Yoxlama zamanı məlum olmuşdu ki, müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələbləri yerinə yetirilmir, həmçinin sanitariya normaları və qaydaları da kobud şəkildə pozulur. Baxış zamanı döşəmələrin tamlığının pozulması, yəni çürüyüb sıradan çxması, divar və tavanın sanitar normalara uyğun olmadığı, eyni zamanda, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçmədiyi məlum olub. Bununla yanaşı, məhsulların saxlanıldığı anbarda mal qonşuluğu prinsipinə əməl olunmadığı, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət və ət məhsulları, süd və süd məhsulları, istifadə müddəti bitmiş qida məhsulları da aşkar edilib.

Daha nə olsun?!

İnsanlara sağlamlıq vəd edən bir müəssisənin öz əməkdaşlarının belə mütəmadi olaraq tibbi müayinələrdən keçmədiyi müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Yəqin ki, bu faktlar aşkarlanana qədər, "Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi"nin xidmətlərindən yararlananlar olub. Amma aşkar olunan vəziyyətə nəzər salanda buradakı xidmətlərdən yararlananların bu günə qədər səsini çıxarıb şikayət etməməsi bir möcüzədir.

Görəsən, kifayət qədər vəsait ayırıb, sağlamlıq naminə belə müəssisələrə üz tutan vətəndaşlarımız, niyə öncədən gedəcəkləri məkanı araşdırıb sonra müraciət etmir?

Sağlamlıq Mərkəzindəki vəziyyətə baxanda adamın ürəyi ağrıyır. Qlobal böhran dönəmi bir kənara qalsın, həmin yerə sağlamlıq üçün üz tutanlar, görəsən, həqiqətən şəfa tapa biliblərmi? Antisanitariya şəraiti, kirli mətbəx, dağılmış döşəmə, kirli divarlar və tavan insanın sağlamlığını itirməsi və əlavə xəstəliklər tapması üçün kifayət qədər şəraitə malikdir. Bu da bir kənara, tutaq ki, xəstələr, sağlamlıq üçün gələnlər bu vəziyyətə göz yumur, bəs müvafiq dövlət qurumları heçmi nəzarət etməyib, heçmi monitorinq keçirməyib? Düzü, müəammalı məsələdir. Çünki döşəmənin çökməsi, divarların, tavanın kirlənməsi bir ayın, 5 ayın məsələsi deyil. Görünən odur ki, bu müəssisə illərdir ki, antisanitar şəraitdə fəaliyyət göstərib. Maraqlanmalı olan qurum isə, nəyəsə görə gözmü yumub?!

Məşhur "Bəyin oğurlanması" filmində kolxoz sədri "burdan eşit, burdan oyna" demişdi - dəyərli mərhum aktyorumuz Səməndər Rzayev... "Sağlamlığı ordan tap, burdan itir" üslubunda işləyən müəssisədə sağlamlıq axtaranlara, Allah kömək olsun...

Üstəlik ümumiyyətlə, naftalan yağı onkoloji xəstəlik riski yaradan maddələrin siyahısındadır. Müalicənin daha etibarlı formalarına üz tutmaq daha məntiqlidir.//Bizimyol.info

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Bütün xəbərlər