Beyləqanda nonsens: Məktəbi evdar qadın idarə edir? - İDDİA

dogruxeber.tv: - Beyləqan şəhər 6 saylı ümumi orta məktəbi direktor Hüseyn Abasquliyevin şəxsi obyektinə çevrilib. Məktəbi Hüseyn Abasquliyevlə bərabər, həm də onun evdar qadın olan həyat yoldaşı idarə edir. Busaat.az xəbər verir ki, bu barədə adlarının açıqlanmasını istəməyən bir qrup müəllim adından sosial şəbəkədə yayılan məlumatda bildirilir.

Müəllimlərin sözlərinə görə məktəbdə çalışan 25 nəfər müəllimin 15-nin dərs saatları Hüseyn Abasquliyev tərəfindən şişirdilib və həmin müəllimlər buna görə maaşlarından hər ay direktora faiz verirlər. Yerdə qalan müəllimlərin şikayətlərini isə nə direktor, nə də təhsil şöbəsi dinləmir. Baş verənləri ədalətsizlik kimi qiymətləndirən müəllimlər məsələ ilə bağlı təhsil nazirliyinə də müraciət ediblər. Hazırda isə məktəbdə yoxlama aparılır.

Bir başqa mənbənin Busaat.az-a bildirdiyinə görə isə yoxlama düzgün aparılarsa, direktorun bir çox qanunsuz əməlləri aşkar olunacaq. Onlardan biri də Hüseyn Abasquliyevin məktəbdə “ölü can”lar saxlamasıdır. Konkret faktlarla danışan mənbə qeyd edib ki, direktor adı olub özü olmayan 3 “xadimə”nin maaşını hər ay cibinə qoyur. Direktorun digər qazanc yeri isə ayda 2 dəfə Heydər Əliyev və İlham Əliyevlə bağlı kitabları müəllimlərə və şagirdlərə məcburi satdırmaqdır. Bundan başqa sinif şagirdlərindən otaqların təmiri üçün hər ay pul yığılır və bu pullar təmirə sərf olunmur. Həmçinin bir çox şagirdlərin adları jurnalda olsa da özləri hazırlığıa getdikləri üçün dərsə gəlmirlər.

Məktəbdə baş verən bütün proseslərə, o cümlədən dərs saatlarının bölünməsinə Hüseyn Abasquliyevin evdar qadın olan həyat yoldaşı müdaxiləsilə edir. Bildirilir ki, hətta Beyləqan Təhsil şöbəsinin müdiri ilə söhbətə də direktor Hüseyn Abasquliyev deyil, həyat yoldaşı gedir. Yəni Təhsil şöbəsi səviyyəsində hər kəs bilir ki, 6 saylı məktəbi evdar qadın idarə edir.

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər