"Direktorlar əmr edirlər ki, təcli pulu çatdırın, "Şaka"ya pul lazımdır" - deputat

dogruxeber.tv: - Elə orta məktəb tapılmaz ki, onun tanınmış, imkanlı məzunu olmasın. Həmin şəxslərin məktəbə maddi dəstəyi bir o qədər ajiotaj yaratmaz. Bu hərəkət dünyada geniş yayılıb. Bizdə sadəcə, elə əvvəldən “yığmaq” məsələsi dəbdə olub”.

Bunu özünün facebook səhifəsində millət vəkili Etibar Əliyev deyib. O, daha sonra fikirlərini belə əsaslandırıb:

“İmkanlı şəxslər məktəbə kompüter, ağıllı lövhə bağışlaya, məktəb kitabxanasını kitablarla zənginləşdirə bilər. Hətta, məktəbə əlavə korpus da inşa edə bilərlər. Məktəblər ianə toplamaqla bu işin öhdəsindən gələ bilməzlər. Çoxsaylı məktəblər var ki, direktorları sinif otaqlarını və idman zallarını icarəyə verib. Yuxarı sinif şagirdləri böyük məbləğlər müqabilində dərsdən azad edilirlər. Bəs bu böyük pullar hara gedir? Bütün ölkə bilir ki, əksər məktəblərin yuxarı sinif şagirdləri dərsə gəlmirlər. Artıq ibtidai təhsil pilləsində repetitorluq tüğyan edir. Hər bir valideyn ayda 300-400 manat bu xidmətə pul xərcləyir. Məktəb təhsili keyfiyyətli olsaydı, valideyn bu böyük vəsaiti övladının geyiminə, yeməyinə və başqa ehtiyaclarına xərcləyər! Bir tərəfdən də hansısa qurum məktəbdən pul toplayır. Direktorlar da əmr edirlər ki, təcli pulu çatdırın, “Şakaya” pul lazımdır.

Bu qədər sadə, Azərbaycanda Orta təhsil pulludur”. //KONKRET.az//

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər