gundem / sosial / Təhsil
27.12.2021
Magistraturaya qəbul imtahanının vaxtı məlum olub - Diqqət!
"dogruxeber.tv"ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi gələn il üçün magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) vaxtını açıqlayıb.
Magistratura səviyyəsi üzrə I mərhələ üçün qəbul imtahanının fevralın 20-də keçirilməsi planlaşdırılır.
Fevral ayında həmçinin peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanının da keçirilməsi nəzərdə tutulub. Şagirdlər fevralın 28-də imtahan verəcəklər.


