İki deputatımız Qazaxıstandakı hadisələrə münasibət bildirməkdən imtina etdi

"dogruxeber.tv" bildirir ki, Qazaxıstanda baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir. Hazırda mətbuatın və sosial şəbəkələrin əsas müzakirə mövzusu Qazaxıstandır.

Məsələnin aktuallığını nəzərə alıb, Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidova müraciət etdik.

Amma deputat Qazaxıstanda baş verən hadisələrə münasibət bildirməkdən yayındı.

Deputat saytımızın sualını cavabsız qoyub, daha sonra isə telefon zənglərinə cavab verməyib.

Qrupun üzvü Sahib Alıyev isə cəmi üç cümlə ilə münasibət bildirib:

“Mən yalnız onu deyə bilərəm ki, Qazaxıstanda heç də yaxşı hadisələr baş vermir. Yalnız təəssüf edirəm. Başqa şərh vermək istəmirəm”, - deyə Sahib Alıyev bildirib.

Qeyd edək ki, Qazaxıstanda yeni ilin ilk günündən maye qaz qiymətlərinin ikiqat bahalaşması ölkədə kütləvi etirazlarla qarşılanıb.

Etirazlar Nursultan, Almatı, Aktobe, Çimənkənddə baş verib.

Hakimiyyət qiymətlərin aşağı salınacağını bildirsə də və hökuməti istefaya göndərsə də, bu, etirazçıları qane etməyib.

Yanvarın 5-də Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayev postunu tərk edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək hərbi təşkilatdan yardım istəyib.

Bəzi ekspertlər baş verənləri xarici qüvvələrin təhriki kimi dəyərləndirir, digərləri isə sırf sosial etiraz kimi xarakterizə edir.//oxu.az

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər