"Elmi Tədqiqat Mamalıq Ginekologiya institutunda hər zaman şəhid və qazilərin ailə üzvlərinə təmannasız xidmətlər göstərilib"

dogruxeber.tv: - Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun dosenti, tibb üzrə fəlsəfə doktoru, fəal səhiyyə ictimaiyyətçisi Xəyalə Təhməzi sosial media hesablarında kifayət qədər həssas bir məsələdən - cəmiyyətin şəhid ailələrinə diqqətindən bəhs edib. "Ümumiyyətlə çalışdığım Elmi Tədqiqat Mamalıq Ginekologiya institutunda həmişə Vətən müharibəsi şəhidlərinin və qazilərimizin ailə üzvlərinə təmannasız tibbi xidmətlər göstərilmiş, müayinə və müalicələr həyata keçirilmişdir" yazan Xəyalə Təhməzi Vətən müharibəsindən əvvəl, həm də sonrakı dövrdə şəhid ailələrinin, qazilərin daim dövlətin diqqətində olduğunu, onların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün zəruri olan bütün addımların atılmasının dövlət siyasətinin əsas prioritetlırindən biri kimi qiymətləndirib: "Əlbəttə, bu addımlar cəmiyyətə bir mesajdır. Cəmiyyətin ən müxtəlif sahələrində çalışan bizlər bu siyasətə dəstək olmağa borcluyuq. Torpaqlarımız və qəhrəman döyüşçülərimizin ailələri, övladları bizə şəhidlərimizin əbədi əmanətləridir. Şəhid olduqdan sonra onların ailələrinə, həyata övlad gətirən xanımlarına, dünyaya göz açan övladlarına xidmət etmək məncə hər birimizin borcu, hər bir həkimin isə ümdə vəzifəsidir. Biləsuvar rayon sakini, 26 yaşlı şəhidimiz Sarvan Mirzəyev, Suqovuşanda şəhidliyə ucalan leytenant Ağamalıyev Şəhriyar övladlarının üzünü görmədən dünyalarını dəyişdilər. Amma ölümlərindən sonra da dünyamıza, cəmiyyətimizə özləri kimi nur üzlü övladlar bəxş etdilər. İgid oğullarımızın övladlarının da layiqli vətəndaşlar olacağına əminəm. Necə deyərlər, ağac kökü üstündə bitər! Şəhidlərimizin ailələri ailəmiz, övladları, əmanətləri hər zaman başımızın tacı olacaq".

Son xəbərlər

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Bütün xəbərlər