"Omikron" ştamının əsas xüsusiyyətləri AÇIQLANDI

““Omikron” ştamına yoluxanlar xəstəliyi nisbətən yüngül keçirirlər. Amma bu ştamın digərlərindən fərqi yoluxuculuq qabiliyyətinin daha yüksək olmasıdır”.

"dogruxeber.tv" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib. Onun sözlərinə görə, əvvəllər koronavirusun digər ştamları ilə yoluxanlar və vaksinasiya olunmuş şəxslər “Omikron” ştamı ilə yoluxduqda daha yüngül, bəzən simptomsuz keçirirlər:

“Təcrübə də göstərir ki, bu ştamla yoluxanların ağciyərlərində zədələnmə nisbətən az müşahidə olunur. Buna baxmayaraq, əgər qaydalara əməl edilməsə, bu ştamm zamanı da, xüsusilə peyvənd olunmamış və risk qrupuna aid olan şəxslərdə ağırlaşma halları baş verə bilər. “

R.Bayramov deyib ki, xəstələnməmək və ya yoluxduqda xəstəliyi yüngül keçirmək üçün vaksinasiya olunmaqla yanaşı, orqanizmin immun qabiliyyətini normal vəziyyətdə saxlamaq çox önəmlidir: “Xəstəliklərin inkişafında və gedişində irsi faktorların da rolu danılmazdır. Koronavirusun gedişi, xüsusilə ağır gedişli xəstələrin müşahidəsi onu deməyə əsas verir ki, burada da genetik faktorların rolu var”.

Həkim “Omikron” ştamı ilə yoluxma zamanı müşahidə edilən əsas əlamətləri də açıqlayıb:

“Bu zaman xəstədə boğaz ağrısı, boğazda quruluq və diskomfort, səsin dəyişilməsi, burun axması və tutulması, hərarətin yüksəlməsi, baş ağrısı, əzələ ağrısı və s. əlamətlər ən çox müşahidə olunur. “Omikron” ştamı ilə yoluxma zamanı klinik gedişdən asılı olaraq müalicəyə başlanılmalıdır. Amma ehtiyac olmadığı halda çoxsaylı toksiki dərman preparatlarını, o çümlədən venadaxili infuziyaları - sistemləri istifadə etmək lazım deyil. İzolyasiya olunmalı, bol ilıq maye və yalnız həkimlərin məsləhəti ilə dərman preparatı qəbul edilməlidir. Koronavirus infeksiyasının insanlara vurduğu ən böyük zərbə isə psixolojidir. Ona görə də panikaya düşməmək, müalicə həkiminin tövsiyələrinə əməl etmək vacibdir”

Son xəbərlər

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Bütün xəbərlər