gundem / hadise / dunya
23.02.2022, 13:16
Qazaxıstanda təyyarə yandı
Qazaxıstanda "An-2" təyyarəsi Aralsk şəhərindən on kilometr aralıda eniş edərkən yanıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Mülki Aviasiya Komitəsi məlumat verib.
Bildirilib ki, təcili yardım reysi həyata keçirən təyyarədə 2 ekipaj üzvü və 1 sərnişin olub. Ölən və ya xəsarət alan yoxdur.
Faktla bağlı araşdırmalara başlanılıb.



