Sumqayıt Təhsil Şefindən “Hücum Əmri” – Bu Məktəblərdə Bayram Pulu Yığmağa Başlandı…

Sumqayıt təhsil şöbəsi rəhbəri Arzu Əlizadə haqda müdhiş iddialar yayılıb.

"dogruxeber.tv" xəbər verir ki, Reportyor.info-ya verilən xəbərə görə, “Təfəkkür” liseyində yarım illiyə görə 10 manatdan fond pulu yığılıb, həmin liseydə 8 Mart bayramı üçün ibtidai siniflərdən isə 20 manatdan yığılıb. Liseyin direktoru Qönçə xanım təhsil şöbəsi şefi ilə kifayət qədər yaxın əlaqələr qurub. Bildirilir ki, həmin liseydə 5-ci sinifdən 8-ci sinifə qədər 30 manat, 9-cu sinifdən yuxarı olanlardan isə 70 manatdan bayram pulu tələb olunur.
1 saylı Sumqayıt məktəbindən isə hamıdan 20 manatdan 8 Mart pulu yığılır. O cümlədən 5 manat fond pulu yığılır.

Bildirilir ki, bu təhsil ocaqlarının rəhbərləri Arzu Əlizadə ilə rəfiqədirlər, onunla işbirliyinə can-başla gedirlər. Amma onunla hesablaşmayan məktəb direktorları isə əsasız yoxlamalara məruz qalır.

Eyni zamanda 11 saylı məktəbin direktoru İlahə xanım, Arzu Əlizadənin yaxın rəfiqəsi də bayramqabağı əl-ayağa düşüb. Belə ki, 8 Marta görə 20 manatdan yığılır, əlavə də 5 manat fond pulu alınır. Bu isə Sumqayıt təhsilinin bazara yox, xarabazara çevrildiyinin göstəricisidir. Məktəblərdə yenə köhnə ənənələr, ələbaxımlıq, bayramlarda pul yığmaq, fond pulu toplamaq davam edir. Hətta mətbuatda gedən xəbərlərə görə, sözə baxmayan məktəb direktorlarından yoxlamaların nəticələrindən asılı olaraq, 1 000 manatdan 10 000 manata qədər rüşvət istənilir. İddialara görə, elə məktəb yoxdur ki, rüşvət verməsin.
Əgər rüşvət verməyən məktəb direktor olarsa, onun üzünə valideyni dayandırmaqla və çəkilişlə göndərərək ictimailəşdirilir. Məlumata görə, təhsil şöbəsinin müdirinin nümayəndələri Sumqayıtda bir məktəbə yoxlamaya gedib, sonra anonim məktub hazırlayıb valideynlər arasında yayıblar. Bu “məktub” əsasında əldə bayraq tutaraq proses başladılıb ki, guya valideynlər müəllimlərin tədris işindən narazıdırlar. Məlumatda deyilir ki, təhsil şöbəsi müdiri Arzu Əlizadə nədənsə, bu “əməliyyatı” şəhərin məktəblərində xüsusi şəkildə həyata keçirir ki, o məktəblərin diektorları ilə münasibətləri soyuqdur. // Xəbəral.az

REDAKSİYADAN: Yayılan məlumatlarla bağlı Sumqayıt şəhər Təhsil Şöbəsi ilə telefon əlaqəsi saxladıq və məlumatda adı çəkilən, Təhsil Şöbəsinin müdiri Arzu xanım Əlizadə ilə danışıb, mövqeyini öyrənmək istədiyimizi bildirdik. Qəbul şöbəsindən bildirdilər ki, "Arzu xanım nazirliyə gedib. Zəhmət olmasa üçün yarısı zəng edin"

Saat 15:15-də yenidən idarəyə zəng etdik. Bu dəfə isə qəbul şöbəsindən telefona cavab verən xanım bildirdi ki, "Arzu xanım indicə gəlib, yanında adamlar var. Siz nömrə verin aidiyyatı şəxslər sizinlə əlaqə saxlasın." Artıq iş günü bitməkdədir. Lakin nə Arzu xanım özü, nə də xanımın vurğuladığı "aidiyyatı şəxslər"dən kimsə bizimlə əlaqə saxlamayıb. Bu isə onu düşünməyə əsas verir ki, məlumatda qeyd edilən korrupsiya hallları və digər qanunsuz əməllər Arzu Xanıma çoxdan məlumdur və yayılan məlumatlar həqiqəti əks etdirir.

dogruxeber.tv

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər