Paşinyan Qərbdən Azərbaycanla normallaşma prosesini aparmaq üçün dəstək alır - Ekspert danışır

dogruxeber.tv: - “Ermənistanda parlament müxalifətinin etirazları hakimiyyətin dəyişməsi ilə nəticələnməyəcək”.
Bunu “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, etirazçı dəstə erməni diasporunun və xalqın dəstəyini almır, birbaşa Kremlin göstərişi ilə Nikol Paşinyana təzyiq etmək üçün həyata keçirilir:

“Etirazların arxasında Koçaryan-Sarkisyan cütlüyü dayanır və əsas hədəf mövcud iqtidarı devirməkdir. Vaşinqtonun Paşinyana dəstək verməsi “Qarabağ klanı”nın silahlı yolla hakimiyyəti devirməsinin qarşısını alır. Kremlin Ermənistanı revanşistlərin əli ilə qarışdırmaq və sülhü pozmaq cəhdləri səmərəsiz olacaq. Artıq Qarabağ separatçıları ilə Paşinyan arasında ciddi münaqişə yaşanır. Xankəndidə silahlı şəxslərin ortaya çıxması məhz revanşistlərin vəziyyəti gərginləşdirməsindən xəbər verir. Bununla Paşinyana mesaj verir, sülhə getməmək ultimatumu verirlər”.

Ekspertə görə, silahlı şəxslər İrəvan küçələrində də peyda ola bilərlər:

“Revanşistlərin cəhdlərinin uğursuz olacağı şübhəsizdir. Ermənistan hakimiyyəti konkret olaraq Azərbaycanla danışıqlarda separatçıların təkliflərini nəzərə almır və prosesi beynəlxalq hüquqa uyğun aparmağa çalışır. Paşinyan ABŞ başda olmaqla, Qərbdən Azərbaycanla normallaşma prosesini aparmaq üçün dəstək alır. Onun Avropaya səfəri də erməni diasporundan dəstək istəmək idi. Çünki Azərbaycanla əməkdaşlığın alternativi yoxdur. Revanşistlər sülhə mane olarsa, Azərbaycan anti-terror əməliyyatlarına start verə bilər. Prezident İlham Əliyevin prinsipial mövqeyi və bu xüsusda açıqlamaları göstərir ki, Ermənistan üçün güzəşt limiti bitib”.

Son xəbərlər

Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb - İLGİNC

Yaponiyada güclü zəlzələ 13 can aldı

Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Bütün xəbərlər