Abşeron rayonunda silsilə tədbirlər keçirilib

"dogruxeber.tv" bildirir ki, Abşeron rayonunun Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında yeni inşa olunan “İbadət otağı” şəhid ailələrinin istifadəsinə verilmişdir. Qeyd edək ki, bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə Şəhidlər Xiyabanını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canınından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilmiş və ruhlarına dualar oxunmuşdur. Ziyarət zamanı şəhid ailələri tərəfindən Şəhidlər Xiyabanında ibadət etmək, şahidlərin doğum günlərində toplaşmaq, namaz qılmaq, dualar etmək, şəhid ailələrinin istidə gündən, yağışlı havada yağışdan qorunması üçün “İbadət otağı”nın tikilməsi məsələsi qaldırılmış və bu istiqamətdə köməkliyin göstərilməsi xahiş olunmuşdur. Bundan sonra rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək atılacaq addımlar müəyyənləşdirilmiş, Şəhidlər Xiyabanının qarşısında yer ayrılmış və bundan sonra tikinti işlərinə başlanılmışdır.
İcra başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri və şəhid ailələri ilə birgə yeni inşa olunan “İbadət otağı”na baxış keçirmiş, burada yaradılan şəraitlə tanış olmuşlar. İcra başçısı şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanmışdır.
Şəhid ailələri yaradılan şəraitdən tam razı qaldıqlarını bildirərək dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

***
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq respublikanın hər bölgəsində olduğu kimi Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilmişdir. Novxanı kəndində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, qazilər və qəsəbə sakinləri iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən danışaraq rayon ərazisində olan problemlərin araşdırıldığnı qeyd etmişdir. Bir sıra məsələlərin rayonun bütün kənd və qəsəbələrində müşahidə olunduğu və onların həlli istiqamətində layihələrin hazırlandığı vurğulanmışdır.
Daha sonra çıxış edən sakinlər Novxanı kəndinin tarixi, memarlığı nəzərə alınaraq böyük layihələrin, genişmiqyaslı quruculuq-abadlıq işlərinin həyata keçirildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə etmişlər. Sakinlər kənd ərazisində 2 işıqforun quraşdırılmasında, marşrut avtobuslarınb sayının artırılmasında və avtobuslararası intervalının azaldılmasında, yeni iş yerlərinin açılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.
Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında ənənəvi vətəndaş qəbulu keçirilmişdir. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etmişdir.
Sakinlər rayon işlə təmin olunmaqda, şəhidlərin xatirəsinə abidə bulaqlarının tikilməsində köməklik göstərilməsini xahiş etmişlər.
RİH başçısı qeyd etmişdir ki, Abşeron rayonunda yaşıllıq zolağının salınması istiqamətində iş aparılır. Burada hər şəhidin adına ağac əkiləcək və həmin şəhid haqqında məlumatları özündə əks etdirən lövhə asılacaq. Bundan əlavə, şəhidlərin adlarının əbədiləşdirmək, anım və bayram tədbirlərini bir mərkəzdə keçirmək məqsədi ilə Xırdalan şəhərində böyük Xatirə Anım Kompleksi inşa olunacaq. Artıq bununla bağlı layihə hazırlanıb və yaxın zamanlarda işlərə başlanılması nəzərdə tutulmuşdur.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunmuş, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.

Son xəbərlər

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Bütün xəbərlər