gundem / hadise / dunya
10.06.2022
ABŞ-da fabrikdə iki işçi şokolad çəninə düşdü
ABŞ-ın Pensilvaniya ştatında "Mars" şirkətinin fabrikində iki işçi ərinmiş şokolad çəninə düşüb.
"dogruxeber.tv" xarici mətbuata istinadən xəbər verir ki, hər iki işçi xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlardan biri helikopterlə xəstəxanaya çatdırılıb.
Yaralıların sağlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib.
Hadisənin detalları ilə bağlı araşdırma aparılır.



