gundem / Təhsil
21.07.2022
Sabah qəbul imtahanının nəticələri elan olunacaq
İyulun 6 və 7-də keçirilən II və III qruplar üzrə qəbul imtahanlarının nəticələrinin elan olunacağı vaxt açıqlanıb.
"DoğruXəbər.az " xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sosial şəbəkə hesabından məlumat paylaşılıb.
Qeyd edilib ki, II və III qruplar üzrə qəbul imtahanının nəticələri sabah günün sonuna kimi elan olunacaq.



