gundem / sosial
22.07.2022
İki yeni tədqiqat universiteti yaradılacaq
Azərbaycanda tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universiteti yaradılacaq.
"DoğruXəbər.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Tədqiqat universitetlərinin yaradılmasına dair təkliflərin hazırlanması üçün Təhsil Nazirliyinə göstəriş verilib.



