gundem / siyaset
25.08.2022
Əli Əsədov Qırğızıstana getdi
Avqustun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə Qırğızıstana işgüzar səfərə gedib.
"dogruxeber.tv" xəbər verir ki, səfər çərçivəsində Baş nazir Ə.Əsədov Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında qonaq qismində iştirak edəcək, həmçinin bir sıra ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.



