Sabirabadda kəndli torpaqsız qalıb... - GİLEY

dogruxeber.tv: - Dolanışıqları heyvandarlıqdan çıxan Sabirabad rayon Şıxsalahlı kənd sakinləri örüş sahələrinin zəbt olunduğunu deyirlər. DİA.AZ-a müraciət edən sakinlərin sözlərinə görə, əsas məşğuliyyətləri heyvandarlıq olsa da, mal-qaralarını otarmağa örüş sahələri qalmayıb. Otlaq sahəsi olmayan kəndlilər heyvanlarının yem tədarükünü təmin etmək üçün əlavə yem almağa məcbur olduqlarını deyirlər.

Məlumata görə, yaranmış vəziyyət büdcəyə ziyan vurur, xeyir götürə bilmirlər. Kənd sakinləri deyirlər ki, 1997-cı ildə torpaq islahatı zamanı öz razılıqları ilə onlara verilmiş pay torpağından 0.5 sot ayıraraq ümümilikdə 22 hektar örüş yeri təyin ediblər. Lakin onlar bu örüş sahəsindən bir müddət istifadə etdikdən sonra torpağın təyinatı saxta yolla dəyişdirilərək ayrı-ayrı şəxslərin istifadəsinə verilib. Həmin vaxtdan bəri sakinlər onlara məxsus örüş sahəsini istifadə edə bilmirlər. Örüş üçün nəzərdə tutulan torpaqlar müxtəlif adamlar tərəfindən zəbt olunub.

Şikayətçilər DİA.AZ bildirir: “1997-ci ildə torpaq islahatı zamanı buranı örüş yeri təyin ediblər. Hamının razılığı əsasında 5 sot kəsilərək örüş yeri salınıb. Ümumi 22 hektarın 4 hektarı qəbristanlıq üçün nəzərdə tutulub. Bu günəcən nə qəbristanlıq yeri, nə də örüş yeri verilməyib. Bizim örüş yerimiz yoxdur. Ona görə heyvanı heç yerə çıxarmaq mümkün deyil. Heyvanlarımızı həyətdə başıbağlı, ac saxlayırıq. Məcburuq heyvandarlığı ləğv edək".

Şıxsalahlılar sözügedən örüş sahəsini uzun zaman istifadə ediblər. Sonralar torpağın təyinatı saxta yolla dəyişdirilərək ayrı-ayrı şəxslərin istifadəsinə verilib:

“Bizim burada 22 hektar örüş yerimiz var. Onu 4-5 adam zəbt edib. Heyvanımızı o tərəfə keçməyə qoymurlar. Otumuz yoxdur. Otun biri 5 manatdır. Mənim də elə bir imkanım yoxdur əlavə ot alım”.

Sakinlərin sözlərinə görə, torpağın sənədi saxtalaşdırılıb. Bələdiyyənin ehtiyyat torpağı əkinə yararlı torpaq kimi qeydiyyata götürülüb.

Son xəbərlər

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Bütün xəbərlər