gundem / hadise / dunya
22.02.2023, 15:00
İranda zəlzələ baş verdi
“dogruxeber.tv” “ sozcu.com.tr" saytına istinadən xəbər verir ki, İranın cənub-qərbindəki Fars əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Fars əyalətinin Dorz kəndində olan 5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 09:35-də qeydə alınıb. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Zəlzələdən sonra insan və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib
dogruxeber.tv
Aynur Qasımova


