gundem / hadise / dunya
11.04.2023
Pakistanda bombalı hücum: Polislər həlak oldu
Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik işçilərini daşıyan avtomobilə bombalı hücum olub.
"dogruxeber.tv" xəbər verir ki, insidentdə 2-si polis olmaqla 4 nəfər həyatını itirib, 15-i yaralanıb.
Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Baş nazir Şahbaz Şərif Tvitter səhifəsində hücumu pisləyib.



