gundem / dunya
28.06.2023
Rusiya yenə mülki əhalini hədəf aldı - 8 ÖLÜ
Rusiya Donetsk vilayətinin Kramatorsk şəhərinin mərkəzinə raket atıb.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 8 nəfər mülki şəxs ölüb.
Ölənlərdən üçünün uşaq olduğu açıqlanıb.
"Ümumilikdə 56 nəfər xəsarət alıb. Üç nəfər də xilas edilib", - Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatında deyilir.



