gundem / dunya
19.08.2023
İran rəsmisi Hizbullah lideri ilə danışıqlar aparır
İran xarici işlər nazirinin köməkçisi və İran Xarici İşlər Nazirliyinin Qərbi Asiya və Şimali Afrika departamentinin baş direktoru Mehdi Şuştəri Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ilə danışıqlar aparıb.
"dogruxeber.tv" İRNA-ya istinadən xəbər verir ki, , görüş zamanı İran və Livan tərəfləri Livan və regiondakı son hadisələri müzakirə ediblər.
Hər iki tərəf, həmçinin regional səviyyədə mövcud siyasi qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparıb.
Görüşdə İranın Livandakı səfiri Müctəba Əmani ilə görüş keçirilib.
Görüşlə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
dogruxeber.tv
Rəna Gözəlova



