Xalq deyir, "qanunlar pul ilə işləyir"... -   Bələdiyyə sədri pulu kimə verib? // FOTO

"Kimdən kimə şikayət edək?", "ölkədə qanun var deyəndə adamı gülmək tutur", "qanunlar pul ilə işləyir" və sair kimi narazılıq ifadə edən cümlələr artıq, xalqın böyük əksəriyyətinin dilinin əzbəri olub.

Xatırlayırsınızsa, biz bir neçə gün əvvəl də Bakı İnzibati-iqtisadi Məhkəməsinin hakimi kürsüsündə əyləşən Orxan Həsənov barəsindəki məlumatlarımıza da girişi narazı xalqın məhz bu cümlələri ilə vermişdik. Amma, söhbət hüquqdan, qanundan getdiyi üçün təkrar xalqın sözlərinə müraciət etmək lazım gəldi. Barəsində bəhs edəcəyimiz qurumlar fərqli olsa da onların vəzifələri biri-birilə bağlıdır.

Dövlətin əsası ədalətdir - Bəs dövlətin hakimi ədalətsizdirsə ???

Bəli, bu dəfə biz prokurorluq orqanları barəsində danışacağıq. Biri araşdırıcı istintaq orqanı, digəri cinayəti sübuta yetirilmiş cinayətkar barəsində cəza hökmü çıxaran qurum. Hər ikisi vətəndaşların pozulmuş hüquqlarının bərpası və ədalətin bərqərar olması, baş verən hadisələrin qanunla həll etməli olan məsul qurum.

Məhkəmə ədalətsizliyi barəsində "dogruxeber.tv" olaraq biz özümüz də, digər informasiya portalları da dəfələrlə bəhs etmişik. Və nə qədər ki, Orxan Həsənov kimi təcrübəsiz, təhsili və hərbi xidmətdə olub-olmadığı məlum olmayan, kimlərinsə "sehirli çubuğu" ilə vəzifəyə gələn, tapşırıqla qərar verən ədalətsiz hakimlər var olacaq, qələmimiz bu mövzuya hələ çox qayıdacaq.

Bu gün isə bizi mövzuya təkrar qaytaran səbəb Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən redaksiyamızın onlara ünvanladığı rəsmi sorğuya cavab olaraq göndərdiyi qeyri-adi məktubudur.

Aşağıda təqdim etdiyimiz fotoya diqqət edin!

Xalq deyir, "qanunlar pul ilə işləyir"... -   Bələdiyyə sədri pulu kimə verib? // FOTO

Xalq deyir, "qanunlar pul ilə işləyir"... -   Bələdiyyə sədri pulu kimə verib? // FOTO


Əvvəla gördüyünüz kimi nə bir blank, nə bir möhür, nə də bir imza yoxdur. İkincisi də biz bugünə qədər Baş Prokurorluğa çox qanun pozuntusu barəsində sorğu və müraciətlər göndərmişik, lakin onların böyük əksəriyyəti cavabsız qalıb. Yönləndirilib yerli prokurorluqlara, orda da cinayətkarla öz aralarında məsələni "həll ediblər", söhbət bağlanıb. Buna misal olaraq, Qobustan rayon Prokurorluğu, Cəlilabad rayon Prokurorluğu, Zərdab rayon Prokurorluğu, Səbail rayon Prokurorluğu, Qazax rayon prokurorluğu, İmişli rayon Prokurorluğu və sair bu siyahını böyütməklə adlarını çəkə bilərik. Amma, maraqlısı budur ki, Baş Prokurorluğun uzun müddətdən sonra verdiyi bu "məzəli cavab" hansı məsələ ilə bağlı göndərdiyimiz sorğunun "cavab"ıdır hələ də anlamış deyilik.

Amma, nəzərinizə çatdırırıq ki, İmişli şəhər bələdiyyəsinin sədri Mehman İsmayılovun özünün etirafına görə İcra başçısı Elçin Rzayevin tapşırığı ilə icra etdiyi korrupsiya əməli - Əsmər Əkbərovanı yalnız sənəd üzərində işə götürüb, onun adına ayrılmış əmək haqqını mənimsəməsi, xanım bir ay adına ayrılmış maaşı ona vermədiyi üçün maddə ilə işdən çıxarması barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığımız sorğunun da hələ ki, görünən bir nəticəsi yoxdur. Mehman İsmayılovun əməkdaşımıza dediyinə görə, biz bu mövzunu yayımlandıqdan və aidiyyatı qurumlara bildirdikdən sonra "1400 (min dörd yüz) + 700 (yeddi yüz) manat xərci çıxıb". Maraqlıdır, sorğu göndərdiyimiz heç bir qurumdan ona cərimə cəzası verildiyi ilə bağlı hər hansı bir cavab verilməyib. O, zaman sual yaranır, bələdiyyə sədri bu məbləği kimə, nə üçün verib?

Məsələ qanuni həllini tapana qədər mövzuya təkrar qayıdacağıq.

Qeyd edək ki, İmişli rayon mədəniyyət evində cərəyan edən yeyinti və digər hallar barəsində də qarşıdakı günlərdə ətraflı məlumatlarımız olacaq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

dogruxeber.tv

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər