gundem / idman
16.10.2023
Azərbaycan hakimləri UEFA-dan təyinat alıblar
FIFA referisi Elçin Məsiyev və FİFA referi köməkçisi Vüsal Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar.
"dogruxeber.tv" xəbər verir ki, İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 25-dən 31-dək İtaliyada təşkil ediləcək.



