gundem / hadise / dunya
11.12.2023
İtaliyada qatarlar toqquşdu - Yaralılar var
İtaliyanın Faenza və Forli şəhərləri arasındakı Bolonya-Rimini dəmir yolu xəttində iki qatar toqquşub.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, yüksək sürətli qatarla regional qatarın toqquşması nəticəsində 17 nəfər yaralanıb.
İtaliya Dövlət Dəmir Yolları baş verən qəza səbəbindən bütün xidmətlərin dayandırıldığını açıqlayıb.


