AAYDA rəhbərliyinin yeməkdən başı açılsaydı... - FOTOFAKT

Oğuz rayonunun 2500 nəfərə yaxın sakini olan Calut kəndinin yolu uzun illərdir bərbad vəziyyətə düşsə də, təmir işləri aparılmır.

"dogruxeber.tv" bildirir ki, bu barədə "Report"un Şimal-qərb bürosuna sakinlər məlumat verib.

Onlar bildiriblər ki, Oğuz-Şəki magistralından Calut kəndinə qədər olan məsafə 4 km-dir. Yolun asfalt örtüyü sonuncu dəfə 1990-cı illərdə təzələnib. Hazırda isə asfalt örtüyü dağılıb, yolda çalalar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, kəndə gedən yolun "Yuxarı məhəllə" adlanan hissəsində vəziyyət daha acınacaqlıdır. Dağlardan gələn yağış suları yolu yuyub və dağın yamacında təhlükəli vəziyyət yaranıb. Calut sakinləri yolun təmir olunmasını istəyirlər.

Calut bələdiyyəsinin sədri Adil Şirinov isə bildirib ki, yolun təmiri üçün bir neçə dəfə aidiyyəti üzrə müraciət ediblər:

"Müxtəlif vaxtlarda bələdiyyənin hesabına yolda cari təmir işləri aparılıb. Ancaq yağış suları yenidən yolu dağıdıb".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, yolun yenidən qurulması üçün maliyyə vəsaitinin ayrılması gözlənilir:

"Bu yol Mollalı-Dəymədərə-Yemişənli-Qarabaldır-Calut-Malıx avtomobil yolu layihəsidir, uzunluğu 32 km-dir və 6 yaşayış məntəqəsini əhatə edir. Yolların yenidən qurulması dövlət proqramı çərçivəsində nəzərdə tutulur. Bu proqram çərçivəsində maliyyə vəsaitinin ayrılması gözlənilir. Bundan sonra agentlik həmin yolların əsaslı şəkildə yenidən qurulmasını icra edəcək".

AAYDA rəhbərliyinin yeməkdən başı açılsaydı... - FOTOFAKT

AAYDA rəhbərliyinin yeməkdən başı açılsaydı... - FOTOFAKT

AAYDA rəhbərliyinin yeməkdən başı açılsaydı... - FOTOFAKT

AAYDA rəhbərliyinin yeməkdən başı açılsaydı... - FOTOFAKT

Son xəbərlər

Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb

Bu ölkə İran təyyarələrinə qadağa qoydu

Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Milli Məclisin sessiyası yekunlaşdı - Deputatlar tətilə çıxdı

Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Bütün xəbərlər