gundem / hadise / Cəmiyyət
3.05.2024
Kəlbəcərdə hərbçilər qəzaya düşdü
Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"dogruxeber.tv"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də olan 5 nəfər xəsarət alıb.
Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.



